Son Xəbər: Azərbaycan–Qırğızıstan müttəfiqliyi və ŞƏT platformasında yeni imkanlar - ŞƏRH, Magistraturaya boş qalan plan yerlərinin nəticələri elan olunub, Bişkekdə Azərbaycan və İran prezidentlərinin görüşü keçirilir, Hakan Fidan: Rusiya və Ukrayna ilə "Taxıl sazişi"nə oxşar layihə üzrə danışıqlar davam edir, İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü keçirilib - YENİLƏNİB, Azərbaycan və Ermənistan liderləri sülh prosesinin irəlilədilməsi üzrə addımları davam etdirmək barədə razılaşıblar, Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilib, Ukrayna Rusiyanın S-400 radiolokasiya stansiyasına və komanda-qərargah maşınına zərbə endirib, İlham Əliyevin sosial media hesablarında Bişkekdə Nikol Paşinyanla görüşünə dair paylaşım edilib, Əli Əsədov Oljas Bektenovu təbrik edib,

Azərbaycanda tanınmış vəkil həyat yoldaşını bıçaqlayaraq ölümcül xəsarət yetirdi (ŞOK OLAY)

Azərbaycanda tanınmış vəkil həyat yoldaşını bıçaqlayaraq ölümcül xəsarət yetirdi (ŞOK OLAY)

Tarix: 7-07-2024, 19:25

Dövlət Gömrük Komitəsinin istintaq və Təhqiqat İdarəsinin istintaq şöbəsinin sabiq rəisi və hazırda AR Vəkillər Kollegiyasının üzvü vəkil Ceyhun Yusifov həyat yoldaşı Yusifova F. A qızına iki ədəd sağlamlığa ağır zərər vuran xəsarət yetirib. Əldə olunmuş məlumata görə, ər-arvad arasında olan mübahisə ailə münaqişəsi zəminində baş verib.


"Azərbaycan Reallığı" xəbər verir ki, sabiq gömrük məmurunun arvadının “qarının ön divarının kəsilmiş-deşilmiş (iki ədəd) yaraları” diaqnozu ilə xəstəxanaya daxil olması barədə məlumat daxil olmuşdur. Buna görə Xətai rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi Namazov Tofiq Həmid oğlu tərəfindən Azərbaycan Respublikası CM-nin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanılıb.


Araşdırma zamanı müəyyən edilib ki, Y.F.A qızı əri Yusifov Ceyhun Salman oğluna məxsus olan MERCEDES BENZ 220 markalı 90-NT-700 dövlət nömrə nişanlı avtomobili ilə Xətai rayonu Məhəmməd Hadi küçəsi ilə üzü metronun Əhmədli stansiyasına doğru hərəkət etdikləri zaman, aralarında ailə məişət münasibətləri zəminində yaranmış münaqişə zamanı Bakı şəhəri Xətai rayonu Məhəmməd Hadi küçəsi 249 ünvanının qarşısında olan işıqforda naməlum şəraitdə Y.F.A qızı həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid olan qarının ön divarının 2 ədəd daxilə nifuz etmiş kəsilmiş-deşilmiş yaraları xəsarəti alıb.


Onun bu törətdiyi dəhşətli hadisə Xətai rayon prokurorluğu tərəfindən ört-basdır edildiyi iddia olunur. Belə bir şəxsin azadlıqda qalıb ortalıqda gəzməsi cəmiyyətdə narahatlıq yaradır. Sabiq gömrük məmurunun aqibəti barədə AR Baş Prokurorluğunun mövqeyi ictimaiətdə maraq doğurur.


Qeyd edək ki, Ceyhun Yusifov yaxın zamanlarda AR Gömrük Komitəsinin sədri Şahin Bağırovu ona təziq etməkdə ittiham edirdi. Qanunla.az




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR