Son Xəbər: Ordumuzun Türkiyə modelinə uyğunlaşdırılması... - İclas, Azərbaycanda dövlət hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditlərinə maliyyə dəstəyi göstərəcək, Türkiyənin bu ərazisində meşə yanğını başladı, 27 ailəlik növbəti köç karvanı Şuşa şəhərinə çatıb - YENİLƏNİB, Paris-2024: Azərbaycan paraatleti qızıl medal qazanıb, Trampın seçilməsi heç nəyi dəyişməyəcək - Medvedyev, “Həmin sənədi imzalamamışıq” - Ermənistan XİN, Azərbaycan Prezidenti: Braziliya ilə dostluq və əməkdaşlıq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk, Rusiya XİN: COP29-da ölçülüb-biçilmiş qərarların əldə edilməsinə çalışacağıq, Zakir Həsənov Hikmət Mirzəyevlə birgə hərbçilərin sosial-məişət şəraiti ilə tanış olub,

Təbəssüm sədəqədir / Qadın nəğmədir

Təbəssüm sədəqədir / Qadın nəğmədir

Tarix: 12-07-2024, 14:43

Qadın demək həyat deməkdir. Yalnız bətninə yeni həyatı sığdırmır, həm də olduğu hər yerdə, toxunduğu hər şeyə ruh verir, can verir qadın. Qadın nəğmədir, sevgi nəğməsi. Bu nəğmə ruha qanaddır. Qırmasan bu qanadlar səadətə uçurar. 

Qadın zərifdir, ancaq zəif deyil. Qarşılaşdığı çətinliklər, məhrumiyyətlərə rəğmən nəğməsini susdurmayan, təbəssümünü soldurmayan qadının gücü bəzən heyrət doğurur. 

Azərbaycan xanımları bu mənada sevgi və sayğıya layiqdir. Bu gün ölkəmizin müxtəlif sahələrində öz zəkası, əzmkarlığı, fədakarlığı, mərhəməti ilə ehtiram qazanan qadınlarımızın cəmiyyətimizin çiçəklənməsinə bağban etinası ilə yanaşdığını görmək olar. Bu xanımlardan biri də Cocuq Mərcanlı kəndinin tibb bacısı Təbəssüm Haqverdiyevadır. 

Rəşadətli ordumuz düşmənin murdar izini Cocuq Mərcanlı kəndindən təmizlədikdən sonra Təbəssüm xanım doğma yurduna qayıdıb əkdiyi güllərlə, saldığı bağ-bostanla, açdığı süfrələrlə bir nəğməyə döndü kəndinin səmasında. Bir nəğmə dindirdi könülləri, güldürdü gözləri.  2018-ci ildə Cocuq Mərcanlı kəndinə ilk qayıdanların sırasında olan Təbəssüm xanım elə o vaxtdan kənd həkim məntəqəsinin tibb bacısı, mama vəzifəsində çalışır. Qısa zamanda Təbəssüm xanım Cocuq sakinlərinin sevimlisi oldu. İstər Cocuq Mərcanlının təmas xətti olduğu dönəmlərdə, istərsə də pandemiyanın hökm sürdüyü zamanlarda işini sevə-sevə və məsuliyyətlə icra etdi. Kənd camaatının sağlamlığının keşiyində həssasiyyətlə duran tibb bacısının xəstələrinə ilk yardımı üzündəki təbəssümüdür. Bu təbəssüm 44 günlük şanlı zəfər yolunda da çox yaralının ağrısını dindirdi. Bağımızı tikanlardan, qanqallardan təmizləyən qardaşlarının yarasını sardı Təbəssüm xanım. 

Vətənpərvərliyi, zəhmətkeşliyi və fədakarlığı ilə Azərbaycan xanımının nəcib xüsusiyyətlərini özündə cəm edən Təbəssüm xanımın timsalında bütün dəyanətli xanımlarımıza səadət və peyğəmbərimizin sədəqə buyurduğu təbəssüm arzulayırıq.







RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR