Son Xəbər: Ordumuzun Türkiyə modelinə uyğunlaşdırılması... - İclas, Azərbaycanda dövlət hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditlərinə maliyyə dəstəyi göstərəcək, Türkiyənin bu ərazisində meşə yanğını başladı, 27 ailəlik növbəti köç karvanı Şuşa şəhərinə çatıb - YENİLƏNİB, Paris-2024: Azərbaycan paraatleti qızıl medal qazanıb, Trampın seçilməsi heç nəyi dəyişməyəcək - Medvedyev, “Həmin sənədi imzalamamışıq” - Ermənistan XİN, Azərbaycan Prezidenti: Braziliya ilə dostluq və əməkdaşlıq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk, Rusiya XİN: COP29-da ölçülüb-biçilmiş qərarların əldə edilməsinə çalışacağıq, Zakir Həsənov Hikmət Mirzəyevlə birgə hərbçilərin sosial-məişət şəraiti ilə tanış olub,

Azərbaycan-Pakistan münasibətlərinin inkişafı

Azərbaycan-Pakistan münasibətlərinin inkişafı

Tarix: 15-07-2024, 10:14

Azərbaycan və Pakistan arasında öz qloballığı və regional məsələlərin oxşarlığı ilə xarakterizə olunan əlaqələr mövcuddur Bu əlaqələrin əsası 1991-ci ildə qoyulmuşdur. Pakistan həmin ildə Azərbaycan Respublikasının dövlət müstəqilliyini tanıyan ilk üç dövlətdən biri olmuşdur. Ölkələrimiz arasında diplomatik əlaqələrin əsası 1992-ci ilin iyun ayının 9 –da qoyulmuşdur. Bu günə qədər də diplomatik əlaqələr uğurla inkişaf edir. Beynəlxalq aləmdə Pakistan daima Azərbaycanın mövqelərinin müdafiəçisi kimi çıxış etmişdir. Belə ki,1993- cü ildə məhz Pakistanın sədrlik etdiyi BMT-nın TŞ-nın iclasında Ermənistan – Azərbaycan münaqişəsi ilə əlaqədar 822 saylı qətnamə qəbul edilmişdir. Ulu öndər Heydər Əliyevin prezidentliyi dövründə iki ölkə arasında mübasibətlərin inkişafı prezidentlərin qarşılıqlı rəsmi səfərləri əsasında inkişaf etmişdir.1995-ci ilin oktyabrında Pakistan prezidentinin Azərbaycana,1996-cı ildə Azərbaycan Respublikası prezidenti Heydər Əliyevin Pakistana rəsmi səfərləri bu inkişafa bariz nümunədir. Ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin prezidentlik dövründə iki ölkə arasında bütün sahələrdə münasibətlərin inkişafında irələliləyişlər olmuş və bu proses indi də davam etməkdədir. 2004 -2005- ci illərdə iki dövlətin prezidentlərinin qarşılıqlı görüşləri bu müsbət tendensiyanın daha da yüksələn xətlə inkişaf etməsinə zəmin yaratmışdır. 2004-cü ildə Pakistan prezidenti Pərviz Müşərrəfin Azərbaycan Respublikasına rəsmi səfəri bu gün də müsbət yönümdə inkişaf edən Azərbaycan –Pakistan münasibətlərində yeni bir mərhələnin başlanğıcı hesab edilə bilər. Xalqlarımız arasında olan bu möhkəm bağların qədim tarixi ənənələrə söykəndiyini söyləmək lazımdır. Pakistan və Azərbaycan arasındakı yaxın və səmimi əlaqələr mədəni irs, qlobal və regional məsələlərlə bağlı sərgilədikləri birgə münasibət və beynəlxalq forumlarda əməkdaşlıqla xarakterizə olunur. Azərbaycan bütün məsələlərdə və Kəşmir məsələsində həmişə Pakistanı dəstəkləyir. Bu qarşılıqlı dəstək əməkdaşlığımızın qardaşlıq xüsusiyyətini əks etdirir. Azərbaycanın ərazi bütövlüyü məsələləri ilə bağlı Pakistanın qətiyyətli mövqeyinə görə minnətdarıq. Pakistan Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə görə Ermənistanı tanımayan ölkədir. Qardaş ölkə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı öz qəti mövqeyini də bildirib – Azərbaycana dəstək vermək və həmrəylik nümayiş etdirməklə bu günə kimi Ermənistanla diplomatik əlaqələr qurmayıb, onu bir dövlət kimi tanımayıb. Həmçinin Pakistan Senatının Xarici Əlaqələr Komitəsi Azərbaycana dəstəyini möhkəmləndirmək üçün Xocalı faciəsini genosid kimi tanımışdır. Azərbaycan da bütün məsələlərdə Pakistanın mövqeyini dəstəkləyir. Hər iki dövlət bir çox beynəlxalq platformalarda eyni maraqlardan çıxış edərək öz fəaliyyətlərini koordinasiya edir, bir-birini müəyyən məsələlərdə qeyd-şərtsiz dəstəkləyirlər. İki dost dövlət müdafiə, enerji, infrastruktur layihələrinin icrası, informasiya texnologiyaları, səhiyyə və əczaçılıq, xüsusilə bütün mümkün domenlərdə birgə müəssisələrin qurulması və digər sahələrdə əməkdaşlıq edirlər. Hal-hazırda Azərbaycan Respublikası ilə Pakistan arasında mövcud olan dostluq və qardaşlıq münasibətləri hər iki dövlətin və xalqlarının çoxistiqamətli mənafelərini ifadə etməkdədir. Hər iki dövlət arasında mövcud olan yüksək səviyyəli siyasi münasibətlər xalqlar arasındakı inteqrasiyanın da güclənməsi zərurətini ortaya qoymaqdadır. Həmçinin hər iki dövlətin elm və təhsil sahəsindəki əməkdaşlıq imkanlarının reallaşması da inteqrsiya prosesinə təkan verən amillər sırasındadır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2024 – il iyulun 11-də Pakistana səfəri iki ölkə münasibətlərinin daha da inkişaf etdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Səfərin iki ölkə arasında tarixi əhəmiyyəti barəsində Azərbaycan Prezidenti mətbuata verdiyi bəyanatında bir daha aydın şəkildə göstərdi. 

Şəhanə İmanova

71 nömrəli tam orta məktəbin tarix müəllimi  




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR