Son Xəbər: Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ, Ukrayna Rusiyanın “kölgə donanması”na məxsus daha 12 gəmini vurub, Avroparlanmentin Türkiyəyə qarşı iddiası – qeyri-ciddi orqana çevrilən məclis - ŞƏRH, Azərbaycan və Moldova hökumətlərarası komissiyanın növbəti iclasının təşkilini müzakirə edib, Azərbaycanda epidemik parotit üzrə epidemioloji vəziyyət sabitdir - RƏSMİ, Kəlbəcərdə mina partlayışı olub, Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq, Fransa prezident seçkiləri: Le Penin dördüncü cəhdi, bəs kimə qarşı?, Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir, İqtisadi sahədəki bəzi cinayətlərə görə məsuliyyətin ləğv edilməsi son oxunuşda qəbul edilib,

Azərittifaqın sədr müavini saxta şikayətçini tutarlı arqumentlərlə ifşa etdi

Azərittifaqın sədr müavini saxta şikayətçini tutarlı arqumentlərlə ifşa etdi

Tarix: 1-07-2025, 03:30

 

Bu günlərdə bəzi elektron informasiya portallarında Milli Məclisin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədri, iqtisad elmləri doktoru, professor Eldar Quliyevə qarşı Qəbələ şəhəri sakini Zaur Rəsulovun uydurma iddiaları əsasında düzənlənən şər-böhtan kampaniyası ictimai rezonansa səbəb olub. Bu məsələ ilə bağlı oxucularımıza, eləcə də geniş ictimaiyyətə daha ətraflı məlumat təqdim etmək məqsədilə aia.az-ın əməkdaşı “Azərittifaq”ın sədr müavini Fəxrəddin İsmayılovla görüşüb. Söhbət əsnasında F.İsmayılov bildirib ki, bu məsələ yeni deyil. Zaur Rəsulov Ölkə Prezidentinə və Azərittifaqın idarə heyətinə 2024-cü ildə müraciət edib. Məsələ dəfələrlə ən ciddi şəkildə araşdırılıb. Məsələnin mahiyyətinə aydınlıq gətirilməsi üçün Qəbələ rayon kooperativ cəmiyyətinin rəhbərliyinə müraciət olunub. Bu müraciətə cavab olaraq Qəbələ RKC-nin sədri F.Məmmədyarovun Azərittifaqa təqdim etdiyi arayışda bildirilir ki, Zaur Rəsulovun mərhum atası İmaməddin Rəsulov 1994-cü ilə qədər Qəbələ rayon İctimai İaşə birliyində işləyib. Lakin bu fakt vətəndaşa konkret bir iaşə obyektində payçılıq hüququ vermir. Bu əsasla Azərittifaq tərəfindən Zaur Rəsulova ünvanlanan məktubda ona təklif olunub ki, əgər vətəndaşın mərhum atasının pay kitabçası, yaxud Qəbələ RKC-nə natura və ya pul ödənişi barədə hər hansı sənəd mövcuddursa, məsələyə baxıla bilər. Əks halda vətəndaşın məhkəməyə müraciət etmək hüququ var.


Ayrıca olaraq Fəxrəddin İsmayılov vətəndaş Zaur Rəsulovun mübahisələndirməyə çalışdığı iaşə obyektinin özəlləşdirilməsi və satılması ilə bağlı müəyyən açıqlamalar təqdim edib. Qeyd olunub ki, rayon kooperativ cəmiyyətlərinin balansında olan əmlakın satılması ilə bağlı qərarlar Azərittifaq tərəfindən deyil, RKC-nin idarə heyəti tərəfindən qəbul olunur. Konkret olaraq “Mirvari” kafesinin satılması və ya özəlləşdirilməsinə dair isə Qəbələ RKC-də də heç bir sənəd mövcud deyil. Obyektin 2000-ci illərdə RKC-nin keçmiş sədri, mərhum Fərarı Sərvənuş tərəfindən satıldığı ehtimal olunur. Hal-hazırda da isə “Mirvari” kafesinin yerində ikimərtəbəli, istifadədə olmayan, baxımsız bina mövcuddur.


Sonda Azərittifaqın sədr müavini bir məqamı da xüsusi olaraq qeyd edib ki, Zaur Rəsulov ümumiyyətlə göstərdiyi ünvanda yaşamır. Fəxrəddin İsmayılov bunu da deyib ki, Azərittifaqın sədri, Respublika Ağsaqqallar Şurasının sədri, millət vəkili Eldar Quliyevin ünvanına söylədiyi şər-böhtan xarakterli ittihamlara görə peşmançılığını ifadə etməyəcəyi təqdirdə barəsində məhkəməyə müraciət ediləcəyi barədə Zaur Rəsulova yazılı xəbərdarlıq da olunub.

aia.az




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR