Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

“AID Language Center” MMC-nin təkzib açıqlaması

“AID Language Center” MMC-nin təkzib açıqlaması

Tarix: 23-09-2025, 09:13

Son günlər bəzi mətbuat orqanlarında və sosial şəbəkələrdə “AID Language Center” MMC-nin fəaliyyəti ilə bağlı yayılan iddialar həqiqəti əks etdirmir və ictimaiyyəti yanlış istiqamətə yönəldir.


Məsələ ilə bağlı bildiririk ki:
    1.    Kamil Həsənli tərəfindən irəli sürülən “aldadılma” iddiaları əsassızdır. Şirkətimiz fəaliyyətini qanun çərçivəsində, müvafiq müqavilələr əsasında həyata keçirir.
    2.    Müqavilə bağlanarkən təhsil şərtləri və qəbul meyarları tam şəkildə izah olunmuş, sənədlərin uyğunluğuna dair ilkin mərhələdə məlumat verilmişdir.
    3.    Qarşı tərəfin şəxsi sənədlərində yaranmış uyğunsuzluqlar səbəbindən proqramda iştirak mümkün olmayıb. Bu, şirkətimizin məsuliyyətsizliyindən deyil, iştirakçının təqdim etdiyi sənədlərin uyğun gəlməməsindən irəli gəlib.
    4.    Vətəndaşın ödəniş tələbi əsasında, 3400 (üç min dörd yüz) manat məbləğ tam şəkildə geri qaytarılmışdır.

“AID Language Center” olaraq qeyd edirik ki, biz daim şəffaf fəaliyyət göstərir, müştərilərimizə keyfiyyətli xidmət göstərməyi və beynəlxalq təhsil proqramlarında iştirak imkanlarını təmin etməyi əsas prioritet hesab edirik.

Cəmiyyətimizi yayılan əsassız məlumatlara inanmamağa və dəqiq informasiya üçün yalnız rəsmi mənbələrə istinad etməyə çağırırıq.

Hörmətlə,
“AID Language Center” MMC-nin Mətbuat Katibi
Peyman Sadıqov




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR