Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

Xırdalanda Novruz bayramı böyük coşqu ilə qeyd olundu

Xırdalanda Novruz bayramı böyük coşqu ilə qeyd olundu

Tarix: 19-03-2026, 18:15

Martın 19-da Xırdalan şəhərində yerləşən Heydər Əliyev Parkında Abşeron Rayon İcra Hakimiyyəti, Xırdalan şəhər bələdiyyəsi, o cümlədən Regional Təhsil və Mədəniyyət İdarələrinin birgə təşkilatçılığı ilə Novruz bayramı münasibətilə geniş bayram şənliyi təşkil olunub.


Bayram tədbirində Abşeron Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Yusif Sadıqov, başçının müavini Gülnar Rəhimova, Xırdalan bələdiyyəsinin sədri Anar Abbasov, regional idarələrin əməkdaşları, rayon sakinləri, şəhid ailələri və qazilər iştirak ediblər.


Parkın ərazisi Novruzun zəngin milli atributları ilə bəzədilərək bayram ab-havasına xüsusi rəng qatıb. Məktəb və məktəbəqədər təhsil müəssisələrinin kollektivləri tərəfindən təşkil olunan sərgilər iştirakçılar tərəfindən maraqla qarşılanıb, milli-mədəni dəyərlər bir daha nümayiş etdirilib.


Tədbir çərçivəsində milli geyimli iştirakçıların təqdim etdiyi xalq oyunları və rəqslər, vətənə həsr olunmuş musiqilər, peşəkar ifaçıların çıxışları bayram coşqusunu daha da artırıb. Bununla yanaşı, fiziki məhdudiyyətli şəxslərin əl işlərindən ibarət sərgi və yarmarka qonaqların böyük marağına səbəb olub.


Bayram gəzintisindən sonra incəsənət nümayəndələrinin iştirakı ilə konsert proqramı təqdim edilib, ədəbi-bədii kompozisiyalar səhnələşdirilərək izləyicilərə unudulmaz anlar yaşadıb. Tədbir ümumilikdə sakinlərə yüksək əhval-ruhiyyə bəxş edərək Novruzun birlik, həmrəylik və yenilənmə ruhunu bir daha özündə əks etdirib.











RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR