Son Xəbər: Bakıda 32, rayonlarda 35 dərəcə isti olacaq, Prezident İlham Əliyev “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak edib, İlham Əliyev Auditorlar Palatasının üzvlərini və əməkdaşlarını təltif edib, İlham Əliyev Auditin inkişaf mərhələlərinə həsr edilən beynəlxalq konfransın iştirakçılarına müraciət göndərib, Zakir Həsənov 13-cü Pekin Syanşan Forumunda iştirak edib, Abbas Əraqçi və Van İ Pekində danışıqlar aparıblar, Hikmət Hacıyev Ərəb Media Forumunda iştirak edib, Nümayəndələr Palatası Trampdan İrana qarşı hərbi əməliyyatları dayandırmağı tələb edib, İlham Əliyev: Türk dünyası, Qafqaz, İslam aləmi bir yerdə olanda heç kim bizə bata bilməz, Sabah rayonlarda leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ,

"KƏPƏZ HOSPİTAL" İLƏ BAĞLI YAYILAN MƏLUMATLAR HƏQİQƏTİ ƏKS ETDİRMİR

"KƏPƏZ HOSPİTAL" İLƏ BAĞLI YAYILAN MƏLUMATLAR HƏQİQƏTİ ƏKS ETDİRMİR

Tarix: 14-08-2026, 15:03

 

Bəzi media resurslarında "Kəpəz" Hospitalda plastik əməliyyatdan sonra Almaniya vətəndaşı, Türkiyə əsilli Tülay Turpun vəfat etməsi ilə bağlı məlumatlar yayılıb. Diqqətinizə çatdırırıq ki, pasientə yalnız qarıngərmə (abdominoplastika) əməliyyatı icra olunmuşdur.

"Kəpəz" Hospital olaraq bildiririk ki, hadisə ilə bağlı yayılan məlumatların bir qismi birtərəfli və dəqiqləşdirilməmiş məlumatlara əsaslanır həmçinin

ictimaiyyətdə yanlış təsəvvür yarada bilər.

Əvvəla qeyd edirik ki, pasiyentin vəfat etməsi hospital kollektivi üçün də son dərəcə ağır və təəssüf doğuran hadisədir. İnsan həyatı bizim üçün hər şeydən üstündür və belə hallara münasibətimiz hər zaman məsuliyyətli və peşəkar olub.

Lakin hər hansı tibbi hadisənin səbəbləri barədə tibbi ekspertizanın və aidiyyəti araşdırmaların yekun nəticələri olmadan konkret həkimi və ya tibb müəssisəsini ölüm hadisəsinin səbəbkarı kimi təqdim etmək yolverilməzdir.

Xüsusilə vurğulamaq istəyirik ki, bütün cərrahi əməliyyatlar özündə müəyyən tibbi riskləri ehtiva edir. Əməliyyatın həyata keçirilməsi zamanı müasir tibbi protokollara və təhlükəsizlik qaydalarına riayət olunması ilə yanaşı, pasiyentin fərdi fizioloji xüsusiyyətləri, yanaşı risk faktorları və orqanizmin əməliyyatdan sonrakı reaksiyaları da nəzərə alınmalıdır.

Hospital rəhbərliyinin mövqeyi ondan ibarətdir ki, baş vermiş hadisənin səbəbləri yalnız obyektiv tibbi araşdırma və ekspertiza əsasında müəyyənləşdirilə bilər.

"Kəpəz" Hospital olaraq həm pasiyentin ailəsinə dərin hüznlə başsağlığı verir, həm də baş vermiş hadisənin bütün aspektlərinin aidiyyəti qurumlar tərəfindən obyektiv şəkildə araşdırılmasında maraqlı olduğumuzu bildiririk.

Hospital rəhbərliyi araşdırmanın nəticələrinin açıqlanmasını dəstəkləyir və bildirir ki, hər hansı tibbi əməkdaşın məsuliyyəti yalnız qanunvericiliklə müəyyən edilmiş qaydada aparılmış araşdırma və ekspertiza nəticəsində müəyyən edilə bilər.

Eyni zamanda media nümayəndələrindən xahiş edirik ki, təsdiqlənməmiş məlumatları fakt kimi təqdim etməsinlər, tibb müəssisəsinin işgüzar nüfuzuna xələl gətirə biləcək əsassız iddiaların yayılmasına yol verməsinlər.

"Kəpəz" Hospital bundan sonra da pasiyentlərin sağlamlığının və təhlükəsizliyinin qorunmasını əsas prioritet kimi qəbul edir və fəaliyyətində tibbi etika, peşəkarlıq və qanunvericiliyin tələblərinə riayət edir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR