Son Xəbər: Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib, Sabah Bakıda yağış yağacaq, Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib, Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanılıb, Zelenski: Rusiya hər ay 140 ballistik raket istehsal edir, Şahbaz Şərif İlham Əliyevə zəng edib, Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq, Madina Kaisinova Bakıda təşkil olunan dünya çempionatında mübarizəni dayandırıb, ABŞ-nin Corciya ştatında atışma nəticəsində 5 nəfər ölüb, Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM,

Güneldən plastik əməliyyat iddialarına sərt cavab: "Ağlayacam"

Güneldən plastik əməliyyat iddialarına sərt cavab: "Ağlayacam"

Tarix: 27-11-2019, 14:04

Müğənni Günel Zeynalova ötən gün türk mediasında plastik əməliyyat etdirməsi ilə bağlı çıxan xəbərlərə münasibət bildirib.Axşam.az xəbər verir ki, sənətçi əsəbləşdiyini, bu cür məlumatların yalnış olduğunu vurğulayıb:

"Oraya qoyulan şəkillər 12 yaşımda, Türkiyəyə ilk gələndə çəkilib. Uşaqlıq fotolarınızı açıb baxın, özünüzü heç bəyənməyəcəksiniz. Halımı bəyənirəm, dəstəkləyirəm. Çünki insanlar məni o cür tanıdı. Hər bir xanım kimi mən də plastik əməliyyat etdirdim. Burnumu etdirdim və üst dodağımı düzəltdirdim. Bundan da xoşbəxtəm. Gedin hansı həkimə istəyirsiz, soruşun, görün başqa bir estetik müdaxilə etdirmişəm? İndi bütün bədənini plastik əməliyyat etdirən və heç etdirməyən xanımlar var. Hamısına da hörmətlə yanaşıram. 
1999-cu ildə 55 kiloqram idim. Sonra 52-51 oldum. İndi 44-45 oldum. Arıqlayan insanın üzündə ət qalmır. Heç bir şey kəsdirmədim. 34 yaşım var, bunu deməkdən çəkinmirəm.
Gedin yeni işlərimdən yazın, mahnılarım, kliplərim var. Nə günlərə qalmışıq. 1999-cu illərdə hər şey çox gözəl idi.
Bir də yazıblar ki, çənəmi düzəldirmişəm. Çənəmi niyə edim ki? Ağlayacam...".

 




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR