Son Xəbər: İlham Əliyev "Avaza" Kompleksinə gəlib, İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib, Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib, İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib, Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib, Qubada iki avtomobil toqquşub, ölən var, Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb,

Koronavirusa tutulanların 51 faizi qadınlardır

Koronavirusa tutulanların 51 faizi qadınlardır

Tarix: 27-05-2021, 10:20

Azərbaycanda koronavirusa yoluxanların 54,2 faizi Bakı şəhərinin payına düşür.

Mediabiz.az-ın məlumatına görə, ölkə üzrə ikinci ən çox yoluxma Abşeron zonasındadır. Bu ərazidə yoluxma 13,0 faizə çıxıb. Aran bölgəsi yoluxmaya görə 12,0 faizlə 3-cü yerdə, Gəncə-Qazax zonası isə 7,2 faiz yoluxma ilə 4-cü yerdədir. 3,1 faiz yoluxma Quba-Xaçmaz, 4,1 Şəki- Zaqatala rayonları, 2,4 faizi Lənkəran rayonu, 1,4 faizi Yuxarı Qarabağ bölgəsi, 2,3 faizi isə Dağlıq Şirvan ərazilərində qeydə alınıb. Naxçıvanda isə son statistikaya görə koronavirusa yoluxma halı 0,005 faiz qeydə alınıb.

Ölkədə koronavirusa yoluxanların 21 faizi 30-39 yaş arasında, 18 faizi isə 50-59 yaş arasında olan şəxslərdir. Yoluxanların 3 faizini 0-9 yaş, 2 faizini isə 80 yaşdan yuxarı şəxslər təşkil edir. Yoluxanların 51 faizi qadın, 49 faizi isə kişilərdir. Bundan əvvəlki statistikada yoluxanlardan 54 faizini qadınlar, 46 faizini kişilər təşkil edirdi.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR