Son Xəbər: Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək, İlham Əliyev: Vyetnama 2020-ci ilin Vətən müharibəsi dövründə verdiyi dəstəyə görə minnətdarıq, Bazar günü hava 18 dərəcə isti olacaq, İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var, İlham Əliyev: Vyetnamın müstəqillik mübarizəsi Azərbaycan xalqı tərəfindən həmişə dəstəklənib, Seul yaxınlığında yük qatarı relsdən çıxıb, Sumqayıtda yol çöküb, Azərbaycan və NATO logistik imkanlarından birgə istifadə mexanizmlərini müzakirə edib, İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub, Taksi sürücüsü olmaq istəyənlər üçün dekabrın 17-də keçiriləcək imtahana qeydiyyat başlayıb,

Xərçəng xəstəliyinin müalicəsində yenilik

Xərçəng xəstəliyinin müalicəsində yenilik

Tarix: 10-01-2020, 11:20

Alimlər, xərçəngdə müəyyən genləri hədəfləyə biləcək yeni dərmanlar yaratmaq yolunda əhəmiyyətli bir addım atdı.
Elm insanları, gen tənzimləmə texnologiyasını istifadə edərək, xərçəng hüceyrələrinin həyatda qalmaq üçün ehtiyac duyduqları müəyyən genləri tək-tək bağlayaraq təyin etdilər. Bu da genlərin, yeni nəsil dərmanlarla hədəflənə biləcəyi mənasını verir.Dünyanın ən müasir gen araşdırma mərkəzi Velkom Sanger İnstitutuyla Harvard Universiteti və Massaçusets Texnologiya İnstitutunun (MIT) Broad İnstitutundan qruplar tərəfindən aparılan araşdırmalar, 25 fərqli növdən xərçəngli xəstədə inkişaf edən 725 ayrı xərçəng hüceyrəsi silsiləsində təcrübələr keçirdi.
İki təşkilat daha sonra nəticələri müqayisə etdi və təcrübələrin uyğunlaşdığını tapdı. İki təşkilatın məlumat bazaları, indiyə qədər tamamlanmış olan xərçəng hüceyrəsi silsilələrinin ən böyük genetik ekranını meydana gətirmək üçün inteqrasiya edilə bilər.Nature Communications dərgisində nəşr olunan araşdırmada, bu birləşmiş məlumatın yeni xərçəng dərmanlarının kəşfini və inkişafını sürətləndirməyə köməkçi olacağı ifadə edildi.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR