Son Xəbər: Ursula fon der Lyayen iyulun 1-də Azərbaycana səfər edəcək, Venesuela Səhiyyə Nazirliyi: Zəlzələlər nəticəsində 235 nəfər ölüb, 4,3 min nəfər xəsarət alıb, ABŞ yığması DÇ-2026-da tarixi qol rekordunu yeniləyib, Mehriban Əliyeva 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib, Prezidentin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb, TƏBİB regionlarda həkim çatışmazlığının həlli üçün təhlillərə başlayıb, Su polisi Hövsanda əməliyyat keçirib, külli miqdarda narkotik aşkarlanıb, İƏT Parlament İttifaqı Konfransının 20-ci sessiyası başa çatıb - YENİLƏNİB, Azərbaycan Mozambiki Müstəqillik Günü münasibətilə təbrik edib, 600 bal toplayanların ən çoxu I qrupdadır,

Prokurorluq iş yoldaşını öldürən şəxslə bağlı MƏLUMAT YAYDI

Prokurorluq iş yoldaşını öldürən şəxslə bağlı MƏLUMAT YAYDI

Tarix: 16-09-2021, 16:37

2021-ci il iyulun 04-də Mingəçevir şəhər sakini 2003-cü il təvəllüdlü Məhəmməd Alıyevin bıçaqla vurularaq çoxsaylı bədən xəsarətləri ilə Mingəçevir şəhər mərkəzi xəstəxanasına daxil olması və aldığı bədən xəsarətlərindən ölməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə şəhər prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.

Mingəçevir Şəhər Prokurorluğundan verilən məlumata görə, istintaqla müəyyən edilib ki, zərərçəkmişin iş yoldaşı Kənan Osmanov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Məhəmməd Alıyevi turistik bıçaqla onun bədəninin müxtəlif nahiyələrinə zərbələr endirərkən, onun müvazinətinin itdiyini hiss etməsinə baxmayaraq xüsusi ağrılar, əzab və əziyyət verdiyini dərk etməklə, ümumilikdə 6 bədən xəsarəti yetirib onu qəsdən öldürüb.

Kənan Osmanov Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR