Son Xəbər: Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək, İlham Əliyev: Vyetnama 2020-ci ilin Vətən müharibəsi dövründə verdiyi dəstəyə görə minnətdarıq, Bazar günü hava 18 dərəcə isti olacaq, İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var, İlham Əliyev: Vyetnamın müstəqillik mübarizəsi Azərbaycan xalqı tərəfindən həmişə dəstəklənib, Seul yaxınlığında yük qatarı relsdən çıxıb, Sumqayıtda yol çöküb, Azərbaycan və NATO logistik imkanlarından birgə istifadə mexanizmlərini müzakirə edib, İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub, Taksi sürücüsü olmaq istəyənlər üçün dekabrın 17-də keçiriləcək imtahana qeydiyyat başlayıb,

"Qadınlar əzab çəkirdi" - Cəhənnəmi gördüyünü iddia edən şəxs

"Qadınlar əzab çəkirdi" - Cəhənnəmi gördüyünü iddia edən şəxs

Tarix: 25-11-2021, 10:46


2000-ci ildə ağciyər çatışmazlığı səbəbindən xəstəxanaya yerləşdirilən və sonra komaya düşən Keyti MakDaniel adlı qadın öldükdən sonra yenidən dirildiyini iddia edib.

O, sağaldıqdan sonra komada yaşadırlarını danışarkən özünü cəhənnəmdə tapdığını deyib.

O, əvvəlcə qaranlıq əraziyə getdiyini, daha sonra isti, dumanlı və boğucu hava ilə üzləşdiyini bildirib. Hazırda 75 yaşında olan Keyti cinlərin cəhənnəmdə insanlara işgəncə verdiyini deyib və "Gördüklərim həqiqətən qorxulu idi" deyib. O, həmçinin qorxunc vəziyyətdə duran bir cinlə üz-üzə gəldiyini də qeyd edib.

Cəhənnəmdə otağa girdiyini deyən Keyti, orada qadınların əzab çəkdiyini görüb:

"Otaqda qadınlar var idi və onların vəziyyəti həqiqətən pis idi. Üzlərinə belə baxa bilmirdim, dərhal otaqdan çıxdım".

Keti bir müddət cəhənnəmdə qaldıqdan sonra cənnətə girdiyini bildirib:

"Cənnət daha əvvəl heç yaşamadığım xoşbəxtlik kimi  təsvir edilə bilməyəcək qədər gözəl idi".




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR