Son Xəbər: Ukrayna qüvvələri Krasnodarda neftdaşıma kompleksinin rezervuarlarını vurub, Rusiya Zaporojyeyə yeddi zərbə endirib, 3 nəfər ölüb, Şükufə Yusupova qəzaya düşdü - Vəziyyəti ağırdır, Qətər əsir götürülmüş pilotlarla bağlı İranın ekspert qrupunu qəbul edəcək, M6 nömrəli ekspres marşrutunun hərəkət sxemində dəyişiklik edilir, Bakıda oğurluq edən şəxslər saxlanılıblar, İran İraq tankerlərinin Hörmüzdən keçməsinə icazə verib, DİN: Ötən gün 2 avtomat, 13 tüfəng aşkarlanıb, Xəzər dənizində zəlzələ olub, Azərbaycan Premyer Liqası: II tura bu gün start verilir,

Milli Məclisdə boş qalan deputat yerlərinin sayı 6-ya ÇATDI

Milli Məclisdə boş qalan deputat yerlərinin sayı 6-ya ÇATDI

Tarix: 27-12-2021, 19:15


Xəbər verdiyimiz kimi, bu gün Sumqayıt Ağır Cinayətlər Məhkəməsində Milli Məclisin deputatı Eldəniz Səlimovun cinayət işi üzrə iclası davam edib. Hakim Hafiz Əliyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında deputata 3 il 6 ay müdəttinə hökm oxunub. 

Bununla da Eldəniz Səlimovun deputat səlahiyyətlərinə xitam verilib.

"Unikal"ın məlumatına görə, parlamentdə boş qalan deputat yerlərinin sayı 6-ya çatıb.

E.Səlimov 55 saylı Xaçmaz şəhər seçki dairəsinin deputatı idi.

Qeyd edək ki, ötən ilin fevralında baş tutmuş parlamentin növbədənkənar seçkilərindən sonra 4 dairə üzrə yerlər boş qalıb. Mərkəzi Seçki Komissiyası seçkilər nəticəsində baş vermiş qanun pozuntularına görə 4 dairənin nəticələrini ləğv edib.

Nəticəsi ləğv edilmiş dairələr 33 saylı Xətai birinci seçki dairəsi -  (lider namizəd Hüseynbala Mirələmov), 35 saylı Xətai üçüncü seçki dairəsi ( lider namizəd Rauf Arifoğlu), 74 saylı Lənkəran kənd seçki dairəsi (lider namizəd Hadı Rəcəbli) və 80 saylı İmişli-Beyləqan seçki dairəsidir (lider namizəd Çingiz Qənizadə). 

Həmçinin Milli Məclisin mərhum deputatı, Fəttah Heydərov ötən ilin avqustunda dünyasını dəyişib və bundan sonra 116 saylı Qəbələ seçki dairəsi də boş qalıb.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR