Son Xəbər: Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb, Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir, Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir, İlham Əliyev "Avaza" Kompleksinə gəlib, İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib,

Hakim məhkəmədə ağlayan Ata Abdullayevə HÖKM OXUDU

Hakim məhkəmədə ağlayan Ata Abdullayevə HÖKM OXUDU

Tarix: 28-12-2021, 13:36


Hədə qorxu ilə pul tələb etməkdə təqsirləndirilən bloger Ata Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Mediabiz.az-ın xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili müdafiə çıxışı edib.
Vəkil çıxışda müdafiə etdiyi şəxsə vərilən ittihamların əsassız olduğunu bildirib.

Daha sonra Ata Abdullayev son söz deyib. Təqsirləndirlilən şəxs son sözündə ağlaya-ağlaya cinayət işində zərərçəkmiş kimi tanınan 4 nəfərin heç birindən pul tələb etmədiyini bildirib. O bildirib ki, başqa müstəvidə günahının nədən ibarət olduğunu bilir, buna görə dəfələrlə üzr istəyib və bir daha da üzr istəyir: "Kiminsə sözünü kəsmişəmsə, kiməsə qarşı xətam olubsa, hansısa balacanın, prezidentin yaxınlarının xətrinə dəymişəmsə, böyüklərdən də, kiçiklərdən də dönə-dönə üzr istəyirəm. Mən bilirəm ki, nəyə görə buradayam".

Prosesdə hökm oxunub.

Hökmə əsasən, Ata Abdullayev 7 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, bloqer Abdullayev Ata Eldar oğlu Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən bu ilin mart ayında saxlanılıb.
A.Abdullayevə Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə pul tələb etmə) maddəsi ilə ittiham verilərək barəsində Səbail rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR