Son Xəbər: Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb, Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir, Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir, İlham Əliyev "Avaza" Kompleksinə gəlib, İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib,

İran 6 ildən sonra İƏT-ə qayıtdı

İran 6 ildən sonra İƏT-ə qayıtdı

Tarix: 17-01-2022, 14:47


Bir neçə iranlı diplomat İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Səudiyyə Ərəbistanının Ciddə şəhərində yerləşən ofisində işini bərpa edib.


Bu barədə məlumatı "ISNA” agentliyi yayıb. 


Məlumata görə, 3 iranlı diplomat Səudiyyə Ərəbistanına getmək üçün viza alıblar və Ciddə şəhərinə yola düşüblər.


Bildirilir ki, İran nümayəndələri 6 illik fasilədən sonra İƏT-dəki fəaliyyətini bərpa edirlər.


İki ölkə nümayəndələri arasında İraqın paytaxtı Bağdad şəhərində keçirilən danışıqlardan sonra diplomatların İrandan Səudiyyə Ərəbistanına yollanması barədə razılıq əldə olunub. 


Qeyd edək ki, iki ölkə arasında münasibətlər 2015-ci ilin martında pisləşib. Bu zaman Səudiyyə Ərəbistanın başçılıq etdiyi koalisiya Yəmən ərazisində "Ənsar Allah” hərəkatına (husilər) qarşı hərbi əməliyyata başlayıb. İran Səudiyyə Ərəbistanının bu addımını regionda sabitliyin pozulması kimi qiymətləndirib. Ər-Riyad isə öz növbəsində İranı husiləri dəstəkləməkdə ittiham edir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR