Son Xəbər: C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb, Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir, Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir, İlham Əliyev "Avaza" Kompleksinə gəlib, İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq,

DTX-nin rəhbərliyi Şəhidlər xiyabanını ziyarət etdi - FOTO

DTX-nin rəhbərliyi Şəhidlər xiyabanını ziyarət etdi - FOTO

Tarix: 20-01-2022, 11:11

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev və DTX-nin rəhbər heyəti 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanına gələrək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban verən qəhrəman Vətən övladlarının məzarlarını ziyarət ediblər.

Mediabiz.az DTX-nin saytına istinadla xəbər verir ki, şəhidlərin məzarı üzərinə tər qərənfillər düzülüb, şəhidlərimizin unudulmaz və müqəddəs xatirəsi dərin hüznlə yad olunub.

Sonra Xidmətin şəxsi heyəti adından “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.

Şəhidlər xiyabanında dəfn edilən təhlükəsizlik orqanları əməkdaşlarının da əziz xatirəsi ehtiramla anılıb, məzarları üzərinə gül dəstələri düzülüb.






RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR