Son Xəbər: Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb, Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir, Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir, İlham Əliyev "Avaza" Kompleksinə gəlib,

Xarici səyyahlar Kəlbəcərdə və Laçın dəhlizində oldular

Xarici səyyahlar Kəlbəcərdə və Laçın dəhlizində oldular

Tarix: 17-02-2022, 21:25

Xocalı soyqırımının 30 illiyi ərəfəsində işğaldan azad edilmiş ərazilərə səfər edən xarici səyyahlar fevralın 17-də Kəlbəcər və Laçın rayonlarında olublar.

Səfər zamanı qonaqlar Birinci Qarabağ müharibəsi zamanı Kəlbəcər tuneli qarşısında ermənilər tərəfindən qətlə yetirilən azərbaycanlıların xatirəsini yad ediblər.

Sonra xarici səyyahlar İstisuya səyahət ediblər. Qonaqlara İstisu haqqında məlumat verilib. Bildirilib ki, İstisu kəndinin məşhur mineral suyu olan "İstisu" bulağı ətrafında 1928-ci ildə eyniadlı sanatoriyası salınıb. Kəlbəcər rayonu İstisu mineral ehtiyatı və "İstisu" sanatoriyası ilə bütün dünyada tanınıb.

Daha sonra qonaqlar Laçın dəhlizindən keçiblər. Onlar yolboyu ətrafda ermənilər tərəfindən dağıdılmış binalara və tikililərə baxıblar.

Qeyd edək ki, ermənilər tərəfindən 30 ildən artıq işğal altında saxlanılan digər ərazilərimizdə olduğu kimi, Laçın və Kəlbəcər rayonlarında da heç bir iş görülməyib. Ermənilər bu torpaqlarda yalnız dağıdıcı və talançı fəaliyyətlə məşğul olublar. Xarici ölkələrdən olan səyyahlar bütün bunları öz gözləri ilə görüblər.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR