Son Xəbər: London və Tehran razılığa gəldi, İsrail Livanla razılaşmadan bir gün sonra ölkənin cənubuna hücum edib, Azərbaycan dəri istehsalını 2 dəfədən çox artırıb, Bakı–Naxçıvan təyyarə reysləri ildırım səbəbindən ləğv edilib, İran XİN ABŞ-ın hava zərbələrinə reaksiya verib, Leyla Əliyeva və Arzu Əliyeva “CandyFest” yay festivalını ziyarət edib və “Sehrli mirvari” su sirki şousunu izləyiblər, Azərbaycan neftinin qiyməti 74 dollara düşüb, Ukrayna Volqoqradda "Titan-Barrikadı" zavoduna zərbə endirib, Ursula fon der Lyayen iyulun 1-də Azərbaycana səfər edəcək, Venesuela Səhiyyə Nazirliyi: Zəlzələlər nəticəsində 235 nəfər ölüb, 4,3 min nəfər xəsarət alıb,

Gorus yolu ilə Ermənistana yük aparan iranlı tutuldu

Gorus yolu ilə Ermənistana yük aparan iranlı tutuldu

Tarix: 16-03-2022, 13:40

Dövlət Gömrük Komtəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin “Qubadlı” gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Ermənistana yük aparan qonşu ölkə vətəndaşının idarə etdiyi “Mercedes Benz Axor” markalı yük nəqliyyat vasitəsi gömrük nəzarəti zamanı saxlanılıb və sürücüdən avtomobildə gömrük nəzarətindən gizlədilən, gömrük nəzarətinə mütləq bəyan edilməli olan hər hansı predmetlərin, o cümlədən narkotik və psixotrop maddələrin olub-olmaması soruşulub.

Komitədən  verilən məlumata görə, sürücü idarə etdiyi avtomobildə mütləq bəyan edilməli və gömrük nəzarətindən gizlədilmiş heç bir predmetin olmadığını bildirib. Bundan sonra avtomobil əsaslı yoxlanılıb və yük nəqliyyat vasitəsinin kabinində gizlədilən 4,017 qram narkotik vasitə - həşiş qətranı, 8 ədəd üzərində “ddp/M20” nişanəsi olan metadon həbləri, üzərində “Alprazolam 1mg” yazısı olan konvalyut kəsiyində 2 ədəd həb və 30,132 qram narkotik vasitə - tiryək aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Xatırladaq ki, metadon "Dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələ"»in II Siyahısına daxildir və 8 ədəd həbdə metadonun təsir maddəsinin ümumi miqdarı 0,16 qram təşkil edir. Alprazolam isə «Dövriyyəsinə nəzarət edilən psixotrop maddələr"in III Siyahısına daxildir və 2 ədəd həbdə alprazolamın təsir maddəsinin ümumi miqdarı 0,002 qram təşkil edir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR