Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

“Yurdun İgidləri” sənədli filminin təqdimat mərasimi keçirildi

“Yurdun İgidləri” sənədli filminin təqdimat mərasimi keçirildi

Tarix: 4-04-2022, 17:30


“İsmayıllı Yazarları” ədəbi ictimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə 2 fevral – 2 may 2022-ci il tarixlərində, yəni 3 ay ərzində “Yurdun İgidləri” sənədli filminin çəkilməsi” layihəsini həyata keçirirdi. 

Qeyd edək ki, layihənin əsas məqsədi 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın həyatı və döyüş yollarını nümunə göstərərək Azərbaycan cəmiyyətində, xüsusilə gənc nəslimizdə vətənpərvərlik hisslərinin daha artmasına, Azərbaycan ordusunun nüfuzunun cəmiyyətimizdə daha da möhkəmlənməsinə, nəhayət, müzəffər Ali Baş Komandanımız İlham Əliyevin ətrafında milli birliyin daha da güclənməsinə nail olmaq idi. Sənədli film hazır olduqdan sonra Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyindən onun ictimaiyyətə təqdim edilməsi barədə müsbət rəy alınıb.

4 aprel 2022-ci ildə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsinin İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzində “Yurdun İgidləri” sənədli filminin təqdimat mərasimi baş tutub. Tədbirdə İsmayıllı şəhərində fəaliyyət göstərən məktəblərin şagird və müəllim kollektivləri, həmçinin rayon ziyalılarının, KİV nümayəndələri iştirak ediblər. Sənədli filmə baxışdan sonra onun ətrafında geniş fikir mübadiləsi aparılıb, tədbir iştirakçıları gələcəkdə də İsmayıllı şəhidləri ilə bağlı belə filmlər çəkilməsi barədə arzularını ifadə ediblər. Qeyd edək ki, sonuncu mərhələdə layihənin icra olunması ilə bağlı yekun təsviri və maliyyə hesabatları, həmçinin digər zəruri sənədlər Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə təqdim olunacaq.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR