Son Xəbər: Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək, İlham Əliyev: Vyetnama 2020-ci ilin Vətən müharibəsi dövründə verdiyi dəstəyə görə minnətdarıq, Bazar günü hava 18 dərəcə isti olacaq, İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var, İlham Əliyev: Vyetnamın müstəqillik mübarizəsi Azərbaycan xalqı tərəfindən həmişə dəstəklənib, Seul yaxınlığında yük qatarı relsdən çıxıb, Sumqayıtda yol çöküb, Azərbaycan və NATO logistik imkanlarından birgə istifadə mexanizmlərini müzakirə edib, İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub, Taksi sürücüsü olmaq istəyənlər üçün dekabrın 17-də keçiriləcək imtahana qeydiyyat başlayıb,

FHN başqa tender ortağı tanımır?

FHN başqa tender ortağı tanımır?

Tarix: 19-03-2022, 10:20

 
Az əvvəl  FHN-də şübhəli tenderlərlə bağlı informasiya yaymışdıq.

Kəmaləddin Heydərovun müəmmalı `ŞAHDAĞ` SEVDASI... - İcazə verin, şübhələnək...

Yazıda da qeyd olunurdu ki, nədən FHN rəhbərliyi "Şahdağ Təchizat" MMC-ni az qala bütün tenderlərdə qalib elan edir.

Elə bu yazımızın "tüstüsü çəkilməmiş" FHN-nin daha bir tenderi ilə bağlı nəticələri ictimailəşdi.

Mediabiz.aZ DİA.AZ-a istinadən bildirir ki, bu dəfə Fövqəladə Hallar Nazirliyi Maddi Texniki-Təchizat İdarəsi şəxsi heyət üçün səhra geyim dəstlərinin və digər müxtəlif növ yumşaq inventarların satın alınması üzrə tenderin qalibini açıqlayıb.

Bəli, yenə də O! Yenə də "Şahdağ Təchizat"! Nəticələrə görə, 2 950 826 manatlıq tenderin qalibi "Şahdağ Təchizat" MMC-dir.

Hər halda, hörmətli Kəmaləddin Heydərovun sözügedən MMC-yə nədən bu qədər aludə olmasını dövlətin müvafiq qurumları araşdırsa daha yaxşı olar...




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR