Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

Təhsil Nazirliyində pozuntular AŞKARLANDI

Təhsil Nazirliyində pozuntular AŞKARLANDI

Tarix: 20-04-2022, 12:10

 

Ötən il Təhsil Nazirliyində dövlət ehtiyaclarının həcminin tam qiymətləndirilməməsi, mövcud imkanların nəzərə alınmaması və malların xüsusiyyətlərinin dəqiq müəyyənləşdirilməməsi alınmış malların bəzi hallarda istifadəsiz saxlanılmasına səbəb olmaqla səmərəsiz və artıq xərclərə gətirib çıxarıb.

Bu barədə “Hesablama Palatasının 2021-ci ildə fəaliyyəti haqqında” hesabatında Təhsil Nazirliyində dövlət satınalmalarının hüquqi aktlara uyğunluğunun auditinin nəticələrindən çıxarışda qeyd edilib.

Bildirilib ki, dövlət satınalmalarının keçirilməsi zamanı podratçılarla bağlı müəyyən edilən tələblər bəzi hallarda rəqabətliliyin təmin edilməsinə təsir göstərib, dövlət ehtiyaclarının ödənilməsi üçün müvafiq podratçının düzgün müəyyənləşdirilməməsi və satınalma müqavilələrinin icrasına nəzarət tam təmin olunmayıb.

Malların (işlərin və xidmətlərin) satınalınması zamanı tələbatın tam olaraq araşdırılmaması, eyni zamanda müqavilə şərtlərinə, o cümlədən icra müddətlərinə riayət edilməməsi son nəticədə müqavalilələrin büdcə ili ərzində tam icra olunmaması və vəsaitlərin qabaqcadan ödəniş edilməklə və ya akkreditiv hesablara köçürməklə istifadəsiz saxlanılmasına səbəb olub.

Qeyd edək ki, təhsil naziri Emin Əmrullayevdir.





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR