Son Xəbər: Hökməli–Qobu–Güzdək avtomobil yolunda təmir-bərpa işləri yekunlaşıb, İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb, Pa-de-Kale departamentinin prefekturası vağzalda partlayış təhlükəsi ilə bağlı xəbərdarlıq edib, Sabah 20 dərəcə isti olacaq, Sabah Bakı, Sumqayıt, Abşeron üzrə pensiyalar ödəniləcək, Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq olub, İsrail HƏMAS-ın vəzifəli şəxslərini məhv etmək üçün Qəzzada xəstəxanaya zərbə endirib, UEFA Millətlər Liqası: Türkiyə Belçikanı, İtaliya Fransanı qəbul edəcək, Mehriban Əliyeva sosial şəbəkə hesabında Konstitusiya Günü münasibətilə paylaşım edib, Prezidentin sosial şəbəkə hesablarında Konstitusiya Günü ilə bağlı paylaşım olunub,

Sabahdan Bakıda yeni marşrut xətti açılır

Sabahdan Bakıda yeni marşrut xətti açılır

Tarix: 25-04-2022, 14:27

Sabahdan Bakıda yeni marşrut xətti açılır


Bakı şəhər İcra Hakimiyyətinin başçısının tabeliyində Bakı Nəqliyyat Agentliyi tərəfindən yeni 9 nömrəli şəhərdaxili müntəzəm marşrut təşkil edilib.

Mediabiz.az Agentliyə istinadən verdiyi məlumata görə, aprelin 26-dan fəaliyyətə başlayacaq 9 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar Yasamal yaşayış kompleksi (MİDA) və “Kristal Abşeron” yaşayış kompleksi, “İnşaatçılar” və “20 Yanvar” metro stansiyaları, son dayanacaq məntəqəsi “Nəriman Nərimanov” metro stansiyası olmaqla, hərəkət edəcəklər.

Məlumata görə, çoxsaylı vətəndaş müraciətləri nəzərə alınaraq təşkil edilən marşrut xətti üzrə sərnişindaşımalar müasir və komfortlu iritutumlu avtobusları ilə yerinə yetiriləcək: “Marşrut xətti üzrə gediş haqqı 0,30 manat təşkil edir və ödəniş nağdsız formada - “BakıKart”la olacaq.

Yeni marşrut xəttinin təşkili sosial kompleksdə, eləcə də ətraf ərazilərdə yaşayan təxminən 10 min nəfərdən artıq sərnişinin ictimai nəqliyyata olan tələbatını əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR