Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

"Kinder" məhsulları satışdan çıxarılıb - AQTA

"Kinder" məhsulları satışdan çıxarılıb - AQTA

Tarix: 28-04-2022, 18:19

 

“Ferrero” şirkətinin Belçika istehsalı olan “Kinder” məhsullarının satış şəbəkələrindən geri çağırılması ilə bağlı müvafiq tədbirlər görülüb.

Qida Təhlükəsizliyi Agentliyindən  verilən məlumata görə, İtaliyanın “Ferrero” şirkətinin yenilənmiş məlumatına əsasən, şirkətin Belçikada yerləşən müəssisəsində istehsal olunan bəzi məhsullarında (Kinder Mini Eggs 75 qr, Kinder Egg Hunt Kit 150 qr, Kinder Surprise 100 qr, Kinder Schokobons 200 qr, Kinder Surprise 20 qr, Kinder Surprise 20 qr *3) salmonella olması ehtimalı ilə bağlı həmin məhsul partiyaları geri çağırılıb.

Bununla bağlı, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan araşdırmalar zamanı həmin məhsulların 3 şirkət tərəfindən ölkəmizə idxal olunduğu müəyyənləşdirilib. Eyni zamanda Agentliyə RASFF vasitəsilə (Avropanın Qida və Yem üzrə Sürətli Xəbərdarlıq Sistemi) bununla bağlı yeni bildiriş daxil olub.

AQTA tərəfindən qeyd olunan məhsulların dövriyyədən çıxarılması, geri çağırılması ilə bağlı müvafiq tədbirlər görülüb və hazırda bu proses davam etdirilir. Qeyd edək ki, bugünədək ümumilikdə 198.3 kq məhsulun dövriyyədən çıxarılması təmin olunub. Agentlik istehlakçıları Belçikada istehsal edilən həmin məhsulları istehlak etməməyə çağırır və qeyd olunan məhsulları satış şəbəkələrində aşkar etdikdə AQTA-nın “1003 – Çağrı Mərkəzi”nə məlumat verilməsini xahiş edib.

AQTA bəyan edib ki, bu tədbirlər yalnız Belçikada istehsal olunan məhsullara aiddir. Bu məhdudiyyətlər digər ölkələrdə, o cümlədən Türkiyə, Rusiya və s. ölkələrdə istehsal edilən və ölkəmizə idxal olunan məhsullara aid deyil.





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR