Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

Qüdsdə iğtişaşlar baş verib

Qüdsdə iğtişaşlar baş verib

Tarix: 29-04-2022, 14:26

 
Bu gün Ramazan ayının son cümə günü Qüdsdəki Zion Dağında fələstinlilərlə İsrail təhlükəsizlik qüvvələri arasında yeni toqquşmalar baş verib.

Mediabiz.az “The Times of İsrael”ə istinadən xəbər verir ki, şəhərin Qərb divarı yaxınlığında səhər namazı başa çatandan sonra iğtişaşçılar polisə daş atıb, fişəng buraxıblar.

Bir qrup mskalı şəxs “Hamas” terrorçu hərəkatının bayrağını qaldıraraq fişəng atıb, “Əl Əqsa üçün canımız qurban” şüarını səsləndiriblər.

Toqquşmalar başlayandan, təqribən, bir saat sonra fələstinlilərin bir qismi prosesə qarışaraq tərəfləri sakitləşdirib.

Fələstin Qırmızı Aypara Cəmiyyətinin məlumatına görə, hadisələr nəticəsində 42 nəfər nisbətən yüngül xəsarət alıb, onların 22-si xəstəxanaya yerləşdirilib. Üç nəfərin həbs olunduğu bildirilir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR