Son Xəbər: Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək, İlham Əliyev: Vyetnama 2020-ci ilin Vətən müharibəsi dövründə verdiyi dəstəyə görə minnətdarıq, Bazar günü hava 18 dərəcə isti olacaq, İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var, İlham Əliyev: Vyetnamın müstəqillik mübarizəsi Azərbaycan xalqı tərəfindən həmişə dəstəklənib, Seul yaxınlığında yük qatarı relsdən çıxıb, Sumqayıtda yol çöküb, Azərbaycan və NATO logistik imkanlarından birgə istifadə mexanizmlərini müzakirə edib, İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub, Taksi sürücüsü olmaq istəyənlər üçün dekabrın 17-də keçiriləcək imtahana qeydiyyat başlayıb,

Qazini qucaqlayaraq gündəm olan polisin kimliyi bilindi

Qazini qucaqlayaraq gündəm olan polisin kimliyi bilindi

Tarix: 2-06-2022, 18:05

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qarşısına əllilik təyinatı ilə bağlı etirazlardan sonra nazirliyin qapısını sındıraraq içəri girən qazini qucaqlayan polisin kimliyi bəlli olub.

Mediabiz.az xəbər verir ki, davranışına görə bir çoxları tərəfindən alqışlanan polis əməkdaşı əslən Füzuli rayonundan olan, hazırda Yasamal rayonu Post Patrul Xidməti bölüyündə xidmət edən 1991-ci il təvəllüdlü Əliyev Fazəddin İslam oğludur.

Qeyd edək ki, bir neçə qazi əlilliyin təyinatı ilə bağlı ƏƏSMN qarşısında narazılıq edib. Nazirliyinin inzibati binasının qarşısında etiraz edən qazilər nazirliyin binasında şüşə qapını sındıraraq içəri daxil olublar.

Qazilər içəri daxil olduqdan sonra polis əməkdaşının qazini qucaqlamasını əks etdirən görüntülər sosial şəbəkələrə maraqla qarşılanıb.





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR