Son Xəbər: Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək, İlham Əliyev: Vyetnama 2020-ci ilin Vətən müharibəsi dövründə verdiyi dəstəyə görə minnətdarıq, Bazar günü hava 18 dərəcə isti olacaq, İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var, İlham Əliyev: Vyetnamın müstəqillik mübarizəsi Azərbaycan xalqı tərəfindən həmişə dəstəklənib, Seul yaxınlığında yük qatarı relsdən çıxıb, Sumqayıtda yol çöküb, Azərbaycan və NATO logistik imkanlarından birgə istifadə mexanizmlərini müzakirə edib, İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub, Taksi sürücüsü olmaq istəyənlər üçün dekabrın 17-də keçiriləcək imtahana qeydiyyat başlayıb,

İlqar Məmmədov Prezident Administrasiyasına getdi

İlqar Məmmədov Prezident Administrasiyasına getdi

Tarix: 3-06-2022, 18:12

 

Yeni siyasi konfiqurasiyanın inkişafı çərçivəsində iyunun 3-də Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev REAL Partiyasının sədri İlqar Məmmədovla görüşüb.

Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsindən "Mediabiz.az"a bildirilib ki, görüş zamanı şöbə müdiri ölkəmizdə aparılan iqtidar-müxalifət dialoqu, siyasi islahatlar, icra və qanunvericilik hakimiyyətləri arasında əlaqələrin inkişafı, siyasi plüralizm, dövlət-partiya və partiyalararası münasibət, çoxpartiyalı siyasi sistemin inkişafına dövlət dəstəyi barədə söz açıb, son bir neçə ildə yeni partiyalarla yanaşı, REAL Partiyasının da dövlət qeydiyyatına alınması və bugünkü legitim fəaliyyəti, Milli Məclisdə təmsilçiliyi haqqında fikirlərini bildirib. Ölkə rəhbərliyinin təşəbbüsü ilə formalaşdırılan yeni siyasi konfiqurasiyanın nəticəsində bu gün hər bir siyasi partiya öz fəaliyyətində dövlət qayğısını hiss edir. Doqquz yeni siyasi partiyanın dövlət qeydiyyatına alınması, partiyaların qərargahlarla təmin edilməsi, qurultaylarının keçirilməsi və nəticələrinin dövlət qeydiyyatı, müxalif siyasi şəxslərin media resurslarına maneəsiz çıxış imkanları, siyasi partiyaların ümummilli məsələlərdə həmrəylik nümayiş etdirməsi, Vətən müharibəsi dövründə və ondan sonra 10 birgə bəyanat və müraciətə imza atması ölkəmizdə çoxpartiyalı siyasi sistemin, demokratik ənənələrin və fikir azadlığının inkişafının nəticəsidir.

Prezident İlham Əliyevin “Dövlət təşəbbüslərinin davamlılığı, çoxpartiyalı sistemin formalaşması, islahatçı kursa sadiqlik, ölkədə siyasi fəaliyyət üçün münbit şəraitin dəstəklənməsi, demokratik ənənələrin inkişafı və s. sadaladığım strateji prioritetlərin icrası prosesində siyasi partiya və vətəndaş cəmiyyəti institutları fəal mövqe tutmalıdır” tezisini xatırladan şöbə müdiri bu fikirlərin siyasi partiyalara və vətəndaş cəmiyyəti institutlarına çağırış olduğunu, xüsusən Milli Məclisdə təmsil olunan partiyaların bu çağırışa daha yaxından qoşulmasının əhəmiyyətini qeyd edib.

İqtidar-müxalifət dialoqu çərçivəsində görüşə dəvət edildiyi üçün təşəkkürünü bildirən REAL Partiyasının sədri İlqar Məmmədov yeni siyasi konfiqurasiyanın inkişafı istiqamətində atılan uğurlu addımlarla bağlı fikirlərini bölüşüb. Azərbaycanda aparılan uğurlu siyasi islahatlar nəticəsində siyasi partiyaların fəaliyyətinin genişləndiyini bildirən partiya sədri bu gün ölkəmizdə yaradılan və inkişaf etdirilən yeni siyasi konfiqurasiyanın gələcəkdə dayanıqlı siyasi sistemin formalaşmasına şərait yaradacağını bildirib.

Sonda tərəflər ölkəmizdə iqtidar-müxalifət dialoqunun inkişaf perspektivlərini, Vətən müharibəsindən sonra yeni geosiyasi reallıqlar, partiyaların beynəlxalq əlaqələrinin gücləndirilməsi, Avropa İttifaqı ilə əməkdaşlıq çərçivəsində Cənubi Qafqazda sülh və təhlükəsizliyin təmin edilməsi, Qarabağda bərpa-quruculuq işləri və başqa məsələlər haqqında müzakirələr aparıblar.





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR