Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

Əhməd İsmayılov Avropa Şurasının məruzəçilər qrupu ilə görüşdü

Əhməd İsmayılov Avropa Şurasının məruzəçilər qrupu ilə görüşdü

Tarix: 16-06-2022, 20:54

 

İyunun 16-da Azərbaycan Respublikası Medianın İnkişaf Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov Avropa Şurası Nümayəndələr Komitəsinin Demokratiya üzrə məruzəçilər qrupunun (GR-DEM) sədri, İsveçin Avropa Şurası yanında daimi nümayəndəsi Martin Ehnberqin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
 
Əhməd İsmayılov “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 yanvar tarixli Fərmanından irəli gələrək ölkəmizdə media sahəsində həyata keçirilən islahatların mahiyyəti, “Media haqqında” Qanunun məqsədləri, media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi, jurnalistlərin peşəkarlığının, məsuliyyətinin və cəmiyyətin media savadlılığının artırılması istiqamətində görülən çoxşaxəli və kompleks tədbirlər haqqında geniş məlumat verib.
 
İcraçı direktor qonaqların diqqətinə çatdırıb ki, “Media haqqında” Qanun jurnalistlərin peşəkar fəaliyyətinin maneəsiz və effektiv həyata keçirilməsi, media subyektlərinin yaradıcılıq və redaksiya müstəqilliyinin ən yüksək səviyyədə müdafiə edilməsi, medianın fəaliyyətinin stimullaşdırılması, demokratik dəyərlərə hörmətin bir hissəsi kimi düzgün informasiya almaq hüqununun realizəsi, bu yolla ictimaiyyət və media arasında qarşılıqlı etimadın artırılması üçün etibarlı hüquqi baza rolunu oynayır.
 
Martin Ehnberq və digər qonaqlar Azərbaycanda media sahəsində aparılan islahatlar və “Media haqqında” Qanun barədə ətraflı məlumatın təqdim edilməsinə görə təşəkkürünü bildirib, islahatlarla bağlı fikirlərini bölüşüblər.
 
Görüşdə bəhs olunan məsələlərlə bağlı ətraflı fikir mübadiləsi aparılıb.





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR