Son Xəbər: Qərbin ƏNƏNƏVİ TAKTİKASI – COP29-da maliyyə hədəfinin razılaşdırılmasına kimlər maneə TÖRƏDİR? – TƏHLİL, Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb, Baş nazirdən yeni qərar: Bu tələbələrə ödəniş EDİLƏCƏK, Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu Bəyanat yaydı, Müdafiə naziri: Ali Baş Komandanın Ordumuzun gücünü bir daha qeyd etməsi istənilən təxribatlara qarşı məsuliyyətimizi artırır, Tramp Rusiya-Ukrayna münaqişəsi üzrə xüsusi elçisinin adını açıqladı, Belçika səfirliyi: “COP29-da inanılmaz əməkdaşlığa şahid olduq” – FOTO, Azərbaycanda zəlzələ olub, İranda elmi işini hicabsız müdafiə edən xanım bir il azadlıqdan məhrum edilib, UEFA-dan azərbaycanlı mütəxəssisə növbəti TƏYİNAT,

“Gənclərin Anti-Narkomaniya” ictimai birliyi “Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü” münasibətilə tədbir keçirdi

“Gənclərin Anti-Narkomaniya” ictimai birliyi “Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü” münasibətilə tədbir keçirdi

Tarix: 24-06-2022, 07:45

 
"Vətən müharibəsində qələbədən sonra Azərbaycanın düşmənləri narkoterrora keçiblər": "Gənclərin Anti-Narkomaniya” ictimai birliyi "Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü” münasibətilə tədbir keçirdi

“26 iyun – Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü” münasibətilə Gənclər Təşkilatlarının Resurs Mərkəzində (Globus Centre, 13-cü mərtəbə) gənclər üçün maarifləndirici tədbir keçirilib. “Gənclərin Anti-Narkomaniya” ictimai birliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə Milli Məclisin deputatları, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupundan, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət komitəsindən, Ombudsman Aparatından nümayəndələr və gənclər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan “Gənclərin Anti-Narkomaniya” ictimai birliyinin sədri Büllur Məmmədova bildirdi ki, görüşün əsas məqsədi “26 iyun – Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günündə” Azərbaycan gənclərini bu sahədə daha məlumatlandırmaq, onlara bu bəla ilə daha fəal mübarizə aparmaq üçün əlavə motivasiya vermək və bu istiqamətdə görülən işlərə yeni gəncləri cəlb etməkdir. “Gənclərin Anti-Narkomaniya” ictimai birliyinin həyata keçirdiyi layihələr haqqında ətraflı məlumat birliyin sədri vurğuladı ki, “26 iyun – Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü” olsa da, Azərbaycan cəmiyyətinin hər bir üzvünün sağlamlığı, onların narkomaniya kimi mənfi hallardan qorunması uğrunda mübarizə gündəlik rejimdə aparılmalıdır.

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin (BNMİ) nümayəndəsi, polis kapitanı Bəxtiyar Abbaszadə qeyd etdi ki, bütün sivil ölkələrdə olduğu kimi Azərbaycanda da insanların təhlükəsizliyinin və sağlamlığının qorunması dövlət səviyyəsində həyata keçirilən fəaliyyətlərin ən mühüm istiqamətlərindən biridir. Onun sözlərinə görə, görülən tədbərlərə rəğmən beynəlxalq terrorçuluğun əsas maliyyə mənbələrindən sayılan beynəlxalq narkobiznes insan təhlükəsizliyi üçün yeni təhdidlər yaradır və bu məsələ qlobal gündəliyin ən aktual problemlərindən biridir. Narkomanlığa düçar olmuş insanların “canlı ölüyə” çevrildiyini deyən Bəxtiyar Abbaszadə vurğuladı ki, narkotacirlər öz gəlirlərini artırmaq məqsədilə daim yeni qurbanlar axtarışındadırlar. BNMİ nümayəndəsinin açıqladığı statistikaya əsasən, bir narkotacir ay ərzində orta hesabla 4-6 nəfəri məqsədli şəkildə öz şəbəkəsinə cəlb edir. Azərbaycanın daxili işlər orqanlarının fəaliyyətinin əsas strateji xəttlərindən birinin narkomanlığa və narkobiznesə qarşı mübarizənin olduğunu bildirən BNMİ-nin təmsilçisi vurğuladı ki, son illər ərzində aparılan islahatlar nəticəsində bu sahədə çox mühüm, nəzərəçarpacaq dərəcədə irəliləyişlər əldə olunub, narkobiznecə qarşı mübarizə üsulları təkmilləşdirilib, əhalinin maarifləndirilməsi üçün geniş işlər həyata keçirilməkdədir.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun nümayəndəsi Şahin İsmayılov “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirildiyi qeyd etdi. Onun sözlərinə görə, rəsmi statistikaya əsasən, hazırda ölkədə rəsmi qeydiyyata alınan narkotik maddə istifadəçilərinin sayı 34 min 602 nəfər təşkil etsə də, qeydiyyatda olmayan narkotik maddə qurbanlarının, bu bəladan əziyyət çəkənlərin sayı daha çoxdur. Şahin İsmayılov həmçinin bildirdi ki, rəsmi qeydiyyata olan 34 min 602 nəfər narkotik maddə istifadəçilərinin 22 faizini gənclər təşkil edir. Azərbaycan ərazisində sintetik tərkibli psixotrop maddələrin daha geniş yayıldığını və bundan elə ilk istifadə edənlərin asılı vəziyyətə düşdüyünü deyən Şahin İsmayılov xüsusilə vurğuladı ki, Vətən müharibəsindən sonra Azərbaycan ərazisində rəsmi adı “metamfetamin”, daha çox “şüşə” yaxud “patı” kimi tanınan narkotik maddənin yayılması qeydə alınıb. Bunu Azərbaycana düşmən olan qüvvələrin düşünülmüş planı adlandıran Dövlət Komissiyasının İşçi qrupunun nümayəndəsi bildirdi ki, hazırda narkotik maddə aludəçilərinin təxminən 95 faizi bu psixotrop maddədən istifadə edir. Şahin İsmayılov dedi ki, istənilən şəxsin narkotik maddə istifadəçisinə çevrilməsinin başlıca səbəbi onun məlumatlılıq səviyyəsinin aşağı olmasındadır və bu cür halları aradan qaldırmaqla narkomanlığa və narkobiznesə qarşı mübarizənin effektifliyi bir neçə dəfə artacaq.

Narkomaniyanın yalnız Azərbaycan üçün deyil, ümumiyyətlə, bütün bəşəriyyət üçün sosial bəlaya çevrildiyini deyən Milli Məclisin deputatı Səbinə Xasayeva öz növbəsində bildirdi ki, Azərbaycanın əlverişli coğrafi-strateji mövqeyindən sui-istifadə edən narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan narko-işbazlar ölkə daxilində də narkomanlığın yayılması üçün şərait yaradırlar. Azərbaycan dövlətinin narkomanlıq və narkobiznesə qarşı mübarizəsi sahəsində qanunvericilik bazasının tam təmin edildiyini qeyd edən millət vəkili, eyni zamanda, bu mübarizənin kampaniya xarakteri daşımadığını, əksinə, dövlət siyasətinin tərkib hissəsi olduğunu vurğuladı. Səbinə Xasıyeva dedi ki, narkomanlıq kimi bəla ilə mübarizədə ciddi nailiyyətlər əldə etmək üçün qabaqlıyıcı tədbirlərin görülməsi, ilk növbədə, ailədə, məktəbdə, ali təhsil ocaqlarında maarifləndirmə işlərinin aparılması önəmlidir.

Tədbirdə xüsusilə gənclərin iştirak etməsini mühüm amil adlandıran Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təmsilçisi Rafiq Mahmudov öz növbəsində bildirdi ki, Azərbaycan cəmiyyətinin narkomanlıq və narkobiznes kimi bəlalar barədə məlumatlandırılması və maarifləndirilməsi işində məhz gənclər ən aktiv mövqedə olmalıdırlar, çünki bu işlər, ilk növbədə, Azərbaycanın gələcəyi olan gənc nəsili xilas etməyə yönəlib. Birləşmiş Millətlər Təşkilatının yaydığı son hesabata istinad edərək dünyada 300 milyondan çox insanın narkomaniyadan əziyyət çəkdiyini deyən Rafiq Mahmudov qeyd etdi ki, ümumiyyətlə, son 10 il ərzində dünyada narkomanların sayı 22 faiz artıb.

Ombudsman Aparatının sektor müdiri Müqalib Mahmudov çıxışında bir daha bildirdi ki, narkomanlıq və narkobiznesə qarşı mübarizədə Azərbaycan cəmiyyətinin iştirakı yalnız hansısa günə təsadüf etməməli, hər gün və hər an Azərbaycanın gələcəyi, övladlarımızın sağlamlığı və təhlükəsizliyi naminə savaş var qüvvəsi ilə davam etdirilməlidir. İnsan Haqları Müvəkkilinin bu sosial bəla ilə mübarizəni və bu istiqamətdə cəmiyyətdə aparılan maarifləndirmə işlərini daim diqqətdə saxladığını deyən Müqabil Mahmudovun sözlərinə görə, ombudsman aparatı hər il insan hüquqları, o cümlədən, uşaq hüquqlarının qorunması ilə bağlı keçirilən tədbirlərdə narkomanlığa qarşı mübarizə məsələlərinə xüsusi önəm verir.

Uşaq İnkişaf Mərkəzinin rəhbəri, uğurlu ana və gənclərin dostu Aynur Musayeva vurğuladı ki, 44 günlük Vətən müharibəsində Azərbaycana zəfər qazandıran məhz sağlam düşüncənin daşıyıcıları oldu. Onun sözlərinə görə, Azərbaycanın bu uğurunu həzm edə bilməyən xarici qüvvələr ölkəmizdə narkomanlığın yayılması məqsədilə müxtəlif vasitələrə əl atır və bununla da vətən uğrunda canından keçməyə hazır olan gənclərimizi sıradan çıxarmağa cəhd göstərir. Aynur Musayeva özünün həyat hekayəsi ilə paylaşaraq bildirdi ki, cəmiyyət istənilən bəlaya qarşı mübarizədə qələbə qazana bilər və bunun üçün yeganə şərt – birlikdir. Uşaq İnkişaf Mərkəzinin rəhbəri dedi ki, xalqımızın birliyi Vətən müharibəsində olduğu kimi narkomanlıq bəlasına qarşı mübarizədə də Azərbaycana zəfər qazandıracaq.

Çıxışlardan sonra tədbirdə iştirak edən gənclər, onları maraqlandıran müxtəlif suallarla bağlı cavablar aldılar, narkomanlığa qarşı fədakar mübarizəsinə və gənclərin asudə vaxtlarının düzgün təşkil edilməsində nümayiş etdirdiyi fəallığa görə bir qrup gənc isə “Gənclərin Anti-Narkomaniya” ictimai birliyi tərəfindən təşəkkürnamələrlə təltif edildi.












RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR