Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

Dövlət qulluğuna qəbul imtahanının nəticələrinə dəyişiklik EDİLDİ

Dövlət qulluğuna qəbul imtahanının nəticələrinə dəyişiklik EDİLDİ

Tarix: 26-08-2022, 18:32

Dövlət qulluğuna qəbul imtahanının nəticələrinə dəyişiklik EDİLDİ


21 avqust tarixində keçirilən inzibati icraçı vəzifələrə (B növü) aid olan qruplar üzrə test imtahanı ilə əlaqədar Dövlət İmtahan Mərkəzində yaradılan Apellyasiya Komissiyası öz işini yekunlaşdırıb.

Dövlət İmtahan Mərkəzindən verilən xəbərə görə, Komissiya tərəfindən imtahanda istifadə olunan tapşırıqlar təkrar ekspertiza olunub. Ekspert qrupunun rəyinə əsasən, qanunvericilik proqramına aid olan iki test tapşırığının birində redaktə, digərində isə texniki xarakterli xətaya yol verildiyi müəyyən edilib.
Belə ki, bir qapalı tipli test tapşırığının şərt hissəsində redaktə səhvi (inkarın silinməsi) nəticəsində hər üç yanlış cavab variantı doğru cavab variantlarına çevrilib. Digər bir açıq tipli seçim formalı tapşırığın etalonunda (tapşırıqların düzgün cavablarının verildiyi şablon) isə dörd doğru cavab variantı (2,3,4,5) əvəzinə texniki səhv nəticəsində üç doğru cavab variantı (2,3,5) qeyd olunub.


İmtahanda istifadə olunan başqa test tapşırıqlarının məzmununda heç bir elmi-metodik qüsur və texniki xarakterli xəta aşkar edilməyib .

Apellyasiya Komissiyasının qərarına əsasən, qanunvericilik proqramına aid yuxarıda qeyd olunan iki test tapşırığında yol verilmiş xəta nəzərə alınaraq ekspertizada iştirak edən əməkdaş barəsində intizam xarakterli tədbir görülüb və namizədlərin imtahan nəticəsində aşağıdakı dəyişikliklər edilib:

- BA vəzifə qrupu A variantı üzrə 22 saylı, B variantı üzrə 21 saylı və BB vəzifə qrupu A variantı üzrə 22 saylı, B variantı üzrə 50 saylı eyni məzmunlu bir qapalı tipli test tapşırığı bütün namizədlər üçün düzgün cavablandırılmış hesab edilib;

- BA vəzifə qrupu A variantı üzrə 50 saylı, B variantı üzrə 54 saylı açıq tipli seçim formalı test tapşırığı yalnız “2345” cavab variantını seçən namizədlər üçün düzgün, “235” və digər cavab variantını seçən namizədlər üçün səhv cavablandırılmış hesab edilib.

Namizədlər artıq müvafiq dəyişikliklərlə DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifələrində tanış ola bilərlər.





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR