Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

Türmə yoldaşına toyuqda narkotik apardığı üçün də həbs edilibmiş

Türmə yoldaşına toyuqda narkotik apardığı üçün də həbs edilibmiş

Tarix: 10-11-2022, 15:24

 
Dünən səhər saat 5 radələrində tanınmış meyxanaçı Rəşad Dağlının (1984-cü il təvəllüdlü Əmirov Rəşad Vaqif oğlu) qonşusu, 43 yaşlı İskəndər Mehdiyevi bıçaqlayaraq öldürməsi hadisəsi ötən gündən geniş müzakirə olunur. İ.Mehdiyevin daha əvvəl narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə həbsdə olması bildirilsə də, onun konkret hansı əməllərə görə həbsə düşməsi açıqlanmayıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Rəşad Dağlının qətlə yetirdiyi şəxs ilk dəfə quldurluq əməlinə görə həbsxanaya düşüb. Belə ki, təxminin 20 il əvvəl İ.Mehdiyev Bakı şəhəri ərazisində bir qrup şəxslə birgə quldurluq cinayətinə görə tutulub və məhkum edilib.

O, cəzasını çəkdikdən sonra növbəti dəfə 2011-ci ildə həbsxana yoldaşı olmuş şəxsə doğranmış toyuq ətinin içində narkotik maddə keçirərkən tutulub. Belə ki, həmin vaxt Penitensiar Xidmətin 1 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən dostu, quldurluq əməlinə görə 10 il cəza almış Rövşən Ağayevin görüşünə gəlmiş İskəndərin sovqatına baxış keçirilərkən o tutulub. Toyuq ətinin içindən 3,251 qram heroin aşkar edilərək götürülüb.

Türmə yoldaşına toyuqda narkotik apardığı üçün də həbs edilibmiş

Bu əmələ görə növbəti dəfə məhkum edilən İ.Mehdiyev azadlığa çıxdıqdan sonra yenə narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə tutulub və əməlində cinayət residivi olduğundan daha uzunmüddətli həbsə məhkum edilib. İskəndər Mehdiyev son olaraq Cinayət Məcəlləsinin 234.4.3 (külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi həbsdə olub.

Qardaşı İ.Mehdiyevin bu ilin 26 oktyabr tarixində azadlığa çıxdığını bildirib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR