Son Xəbər: Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək, İlham Əliyev: Vyetnama 2020-ci ilin Vətən müharibəsi dövründə verdiyi dəstəyə görə minnətdarıq, Bazar günü hava 18 dərəcə isti olacaq, İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var, İlham Əliyev: Vyetnamın müstəqillik mübarizəsi Azərbaycan xalqı tərəfindən həmişə dəstəklənib, Seul yaxınlığında yük qatarı relsdən çıxıb, Sumqayıtda yol çöküb, Azərbaycan və NATO logistik imkanlarından birgə istifadə mexanizmlərini müzakirə edib, İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub, Taksi sürücüsü olmaq istəyənlər üçün dekabrın 17-də keçiriləcək imtahana qeydiyyat başlayıb,

Xankəndiyə daha 13 iranlı gəldi - Foto və pasportlar

Xankəndiyə daha 13 iranlı gəldi - Foto və pasportlar

Tarix: 7-12-2022, 12:26

 
14 nəfər İran vətəndaşının Qarabağa gəlişi ilə bağlı araşdırmalar bitməmiş, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətindəki əraziyə keçmiş daha bir iranlı dəstə haqda məlumat əldə etmişik - bu dəfə Qarabağa İrandan 13 nəfərlik qrupun “təşrif buyurduğu” məlum olub.

"Qafqazinfo"nun etibarlı mənbədən aldığı xəbərə görə, noyabrın 24-də 34-QA-444 nömrəli “Mersedes-Benz” avtomobil ilə Qarabağa keçmiş ilk qrupun gəlişindən cəmi 6 gün sonra – noyabrın 30-da buraya növbəti dəstə gətirilib. 

Qarabağa gəlmiş yeni dəstə üzvlərinin adlarını da, pasportlarını da təqdim edirik: 

1. Goodarzi Najmedin Abedin

2. Goodarzi Bahman Zabihollah

3. Goodarzi Mohsen Reza

4. Banaei Mostafa Mohammad

5. Fadaeipordanjani Afrasaib Mahmoud

6. Vaeznezhadi Farshad Dolatali

7. Moradazar Mohsen Zarbali

8. Shafaghghat Aminjan Ramezan Eznolah

9. Boveirian Ghafour Bemouniagha

10. Vae Zadeh Fariborz Madad 

11. Fatahi Shakib Majid Alibaba

12. Hakimzadeh Ghanbar Allahmora

13. Abdollahi Gholamreza Ali

Xankəndiyə daha 13 iranlı gəldi - Foto və pasportlar

Beləliklə, İrandan Azərbaycan ərazisinə müxtəlif dəstələrin keçirilməsi artıq kütləvi hal alır. Ümumilikdə 6 gün ərzində - noyabrın 24-dən 30-dək rusiyalı sülhməramlıların postundan Qarabağ ərazisinə iki qrup halında 27 nəfər İran vətəndaşı daxil olub. Özü də bu iki qrupun bir-biri ilə bağlı olduğu və eyni missiya ilə gəldiyi şübhə doğurmur. Çünki onların hər ikisi eyni avtomobildə - 34-QA-444 nömrəli mikroavtobusla gətirilib. Avtomobili kimin idarə etdiyi də məlumdur – sürücü Ermənistan vətəndaşı Yura Baqdasaryandır.

İran səfirliyi əvvəlki müraciətlərimizə cavab vermədiyi, həmin ölkənin xarici siyasət idarəsi nə deyəcəyini bilmədiyi üçün daha bu diplomatik nümayəndəliyə sorğu ünvanlamağı da lazım bilmədik.

Elə isə, artıq Azərbaycanın müvafiq orqanlarının danışması lazımdır! 

Nə baş verir?!




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR