Son Xəbər: Vilayət Eyvazovdan yetkinlik yaşına çatmayanlarla bağlı - Tələb, 3 ayda 7738 cinayət qeydə alınıb - 85,9 faizinin üstü açılıb, Metronun fəaliyyəti bərpa olundu - Yenilənib, Ukrayna Rusiyanın neft stansiyasına hücum edib, yanğın baş verib, Soheyl Mahmud: Azərbaycanın təşəbbüsü D-8 çərçivəsində əməkdaşlığa təkan verəcək, Bakı metrosunun bütün stansiyalarına giriş müvəqqəti məhdudlaşdırılıb, Kənar dairəvi yolda minik maşını "Kamaz"la toqquşub, ölən və xəsarət alanlar var, KİV: Qətər-Türkiyə-Avropa qaz kəməri layihəsi bahalı və risklidir, Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib - CƏDVƏL, İran ABŞ ilə İslamabadda danışıqlara razılıq verib,

Döyüş hazırlığına xüsusi diqqət edilsin - Baş Qərargah rəisindən TAPŞIRIQ

Döyüş hazırlığına xüsusi diqqət edilsin - Baş Qərargah rəisindən TAPŞIRIQ

Tarix: 29-12-2022, 12:32

 
Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və nazirliyin digər rəhbər heyəti azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi hissələrdə olublar.

Əvvəlcə birliyin idarə heyəti ilə görüşən Baş Qərargah rəisi müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırıqlarını aidiyyəti üzrə şəxsi heyətə çatdırıb. Şəxsi heyətin peşəkarlığı və qoşunların döyüş hazırlığına xüsusi diqqət yetirilməsi, təlimlərin, o cümlədən səhra məşğələlərinin intensivliyinin artırılması barədə tapşırıqlar verib.

Sonra döyüş mövqelərində növbətçilik aparan heyətlə görüşən general-polkovnik K.Vəliyev onun döyüş və mənəvi-psixoloji hazırlığını yüksək qiymətləndirib.

Daha sonra Azərbaycan Ordusunun Baş Qərargah rəisi bir neçə hərbi hissələri, o cümlədən Komando hərbi hissəsini ziyarət edib, həmçinin Şuşada xidmət edən hərbi qulluqçularla görüşüb.

General-polkovnik K.Vəliyev hərbi hissələrdə şəxsi heyət üçün yaradılan şəraitlə tanış olub, döyüş qabiliyyətinin daha da artırılması və döyüşə hazırolma vəziyyətinin yüksək səviyyədə saxlanılması barədə tapşırıqlar verib.

Şəxsi heyətlə görüşlərdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Orduda aparılan islahatlar çərçivəsində əldə olunmuş nailiyyətlərdən danışan Baş Qərargah rəisi həyata keçirilən tədbirlər nəticəsində Azərbaycan Ordusunun əməliyyat və döyüş imkanlarının xeyli artdığını qeyd edib.

Müdafiə nazirinin birinci müavini şəxsi heyətin taktiki-xüsusi hazırlığının və peşəkarlıq səviyyəsinin daim yüksək səviyyədə saxlanılması məqsədilə keçirilən təlim və məşqlərin keyfiyyətinin daha da artırılması, həmçinin qazanılan döyüş təcrübəsinin növbəti ildə keçiriləcək təlimlərdə də geniş tətbiq edilməsi ilə bağlı komandanlıq qarşısında müvafiq tapşırıqlar qoyub.

Şəxsi heyətlə birlikdə nahar etdikdən sonra Baş Qərargah rəisi hərbi qulluqçuların qayğıları ilə maraqlanıb və Müdafiə Nazirliyinin rəhbərliyi adından onları qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik edib.





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR