Son Xəbər: Ümumtəhsil müəssisələrində payız tətili başa çatıb, Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək, İlham Əliyev: Vyetnama 2020-ci ilin Vətən müharibəsi dövründə verdiyi dəstəyə görə minnətdarıq, Bazar günü hava 18 dərəcə isti olacaq, İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var, İlham Əliyev: Vyetnamın müstəqillik mübarizəsi Azərbaycan xalqı tərəfindən həmişə dəstəklənib, Seul yaxınlığında yük qatarı relsdən çıxıb, Sumqayıtda yol çöküb, Azərbaycan və NATO logistik imkanlarından birgə istifadə mexanizmlərini müzakirə edib, İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub,

AQTA-nın Qarabağ və Şərqi Zəngəzur regional bölmələri yaradılıb

AQTA-nın Qarabağ və Şərqi Zəngəzur regional bölmələri yaradılıb

Tarix: 12-01-2023, 11:47

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Qarabağ və Şərqi Zəngəzur regional bölmələri yaradılıb.

Bu barədə AQTA-dan məlumat verilib.

Qeyd olunub ki, Agentlikdə struktur dəyişiklikləri edilib və mövcud olan 11 regional bölməsi iqtisadi rayonların yeni bölgüsünə uyğun formalaşdırılıb. Bununla əlaqədar, işğaldan azad edilmiş əraziləri də əhatə edəcək Qarabağ və Şərqi Zəngəzur, həmçinin Mil-Muğan regional bölmələri yaradılıb.

Qarabağ və Şərqi Zəngəzur regional bölmələrinin yaradılmasında əsas məqsəd işğaldan azad edilmiş ərazilərdə qida təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarət tədbirlərinin görülməsi, o cümlədən həmin ərazilərə köçürüləcək əhalinin təhlükəsiz qida ilə təminatına şərait yaratmaqdan ibarətdir. Dəyişikliklərə əsasən, Bərdə rayonunda yerləşən Qarabağ regional bölməsi Xankəndi şəhərini, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonlarını, Zəngilan rayonunda yerləşməsi nəzərdə tutulan Şərqi Zəngəzur regional bölməsi isə Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonlarını əhatə edir.

“Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı hazırda Agentlik tərəfindən ölkəyə idxal-ixrac olunan mallara nəzarəti həyata keçirmək üçün sərhəd keçid məntəqələrinə yaxın ərazilərdə “Qida təhlükəsizliyi nəzarəti məntəqələri” qurulmaqdadır. Gələcəkdə burada beynəlxalq standartlara uyğun qida təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarəti zonalarının yaradılması planlaşdırılır.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR