Son Xəbər: Ermənistan XİN: Azərbaycandan sülh sazişinə dair təkliflər almışıq, ABŞ Kiyevə Krımı bu raketlə vurmağa icazə verdi, Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq, Berlində diaspor fəallarından Azərbaycana DƏSTƏK, “Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var”, Türk dünyasının deputatları Xankəndidə - FOTO, Bakıda 4 aylıq körpə pəncərədən yıxılıb öldü, AFFA İntizam Komitəsinin Premyer Liqanın XXXI turu ilə bağlı qərarları açıqlanıb, “Bu bizim üçün çox böyük şərəfdir”, “COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir”,

Bakıya tramvay, elektrik qatarı qayıdır – Plan

Bakıya tramvay, elektrik qatarı qayıdır – Plan

Tarix: 17-01-2023, 17:40

 
2027-ci ilin sonunadək Abşeron yarımadasında 20 sərnişin stansiyasının yenidən qurulması, aktivləşdirilməsi və ya inşası, o cümlədən Biləcəri stansiyası ilə Bakı Dəmir Yolu Vağzalı arasında “Şimal-Cənub” istiqamətindəki dəhliz boyu 4 yeni stansiyanın tikintisi nəzərdə tutulur.

Bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 2040-cı ilədək Bakı şəhərinin Baş Planı haqqında açıqladığı məlumatda qeyd edilib.

“Lökbatan qəsəbəsindən keçən dəmir yolu infrastrukturunun yenidən qurulması və sərnişin stansiyası kimi xidmət göstərməsi, Lökbatandan Bakı Dəmir Yolu Vağzalına müntəzəm şəhərətrafı dəmiryol reyslərinin açılması planlaşdırılır.

Bakıxanov stansiyasından Zirəyə doğru uzanan və Bülbülə, Əmircan, Suraxanı, Yeni Suraxanı, Binə, Qala, Dübəndi və Zirədə yenidən qurulacaq 8 stansiyadan ibarət xəttin bərpası, habelə “Qaradağ-Güzdək”, “Zabrat-Maştağa-Zağulba” dəmiryol dəhlizlərinin və Qaradağ rayonu ərazisində 2 yeni dayanacaq məntəqəsinin yaradılması nəzərdə tutulur.

Bunlarla yanaşı, Heydər Əliyev adına Beynəlxalq Hava Limanına yeni dəmir yolunun çəkilməsi, Heydər Əliyev adına Beynəlxalq Hava Limanından Yeni Suraxanı və Binə qəsəbələrinə doğru uzanan yeni dəmiryol xəttinin inşası, o cümlədən Hövsan dəmiryol stansiyasının fəaliyyətinin bərpası nəzərdə tutulur”, - məlumatda bildirilir.

Plana əsasən, “Binəqədi-Mehdiabad-Fatmai-Pirşağı” dəmiryol dəhlizi yaradılacaq:

“Şəhər mərkəzinin yarımadanın şimal istiqaməti ilə birbaşa dəmiryol bağlantısının təmin edilməsi və dəmiryol nəqliyyatının əhatə dairəsinin genişləndirilməsi məqsədilə 2040-cı ilədək yeni “Binəqədi-Mehdiabad-Fatmai-Pirşağı” dəmiryol dəhlizinin yaradılması planlaşdırılır.

2040-cı ilədək Abşeron yarımadası üzrə dəmiryol şəbəkəsinin ümumi uzunluğunun 198 km-dən 280 km-ə, stansiyaların sayının isə 26-dan 55-ə çatdırılması nəzərdə tutulur.

Hazırda şəhər ərazisində bir sıra istifadə olunmayan dəmiryol təhkim zolağı və istifadə olunmayan yük xətləri vardır. Qeyd olunan mövcud infrastruktur yenidən aktivləşdirilə və “tramvay-elektrik qatarı” sisteminin tətbiqində bu infrastruktur imkanlarından istifadə oluna bilər”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR