Son Xəbər: Asif Əsgərov “Şöhrət” ordeni ilə təltif edilib, Sumqayıtda 24 yaşlı qız dəm qazından boğularaq ölüb, Ukrayna PUA-larla Tatarıstanda neft anbarlarına hücum edib, Ümumtəhsil müəssisələrində payız tətili başa çatıb, Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək, İlham Əliyev: Vyetnama 2020-ci ilin Vətən müharibəsi dövründə verdiyi dəstəyə görə minnətdarıq, Bazar günü hava 18 dərəcə isti olacaq, İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var, İlham Əliyev: Vyetnamın müstəqillik mübarizəsi Azərbaycan xalqı tərəfindən həmişə dəstəklənib, Seul yaxınlığında yük qatarı relsdən çıxıb,

Vətən sizə övlad dedi adlı layihənin icrası başlanılıb.

Vətən sizə övlad dedi adlı layihənin icrası başlanılıb.

Tarix: 10-03-2023, 16:30

 


Azərbaycan Respublikasının Qeri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyət dəstəyi ilə, Həqiqət Tarixi Araşdırmalar ictimai birliyinin həyata keçirdiyi “Vətən sizə övlad dedi” adlı layihənin icrası başlanılıb. Layihənin ideyası müharibə iştrakçılarına psxoloji dəstək göstərilməsi vətən uğrunda canından keçən soydaşlarımızın tanıdılması, vətənprvərlik ruhunun yüksəldilməsi və müharibə iştirakçılarının sevindirilməsi üçün gənclər və tələbələrlə onların görüşlərinin keçirdilməsi, Şəhid və qazilərimizin tanıdılması üçün “Ana laylası ilə çağırdı Vətən” sənədli filminin çəkilməsi, təqdimat tədbirlərinin keçirdilməsi planlaşdırılır. Layihənin icrası Gəncə və Lənkəran şəhərində həyata keçiriləcəkdir. Tədbirlərə müharibə iştirakçıları, şəhid ailələri dəvət olunacaq. Filmin təqdimat tədbirində filmin diskləri paylanılacaqdır.

layihədə çəkiləcək filmdə iki müharibə veteranı ananın iki şəhid avladından danışılacaq. Fimin bir hisəsi Gəncə şəhərində, bir hissəsi Lənkəran rayonunda şəkiləcəkdir. Filmdə iki qazi ana və onları şəhid oğullarının həyatını əks etdirən hekayəti canlaşdırcağıq. Beləki Rəşad Ələkbərovun anası Nailə Ələkbərova 1992-1993-cü ildə Tərtər və Ağdərə cəbhəsində döyüşüb. Sonra düşmən tərəfindən atılan və onun yaxınlığına düşən düşmən mərmisindən yaralanıb, Sevil Hüseynova isə Ağdam-Füzuli cəbhələrində işğalçılara qarşı hərbi əməliyyatlarda fəal iştirak edib. Bu iki gənc, şəhidlər Ələkbərov Rəşad və şəhid Zaur İsmayılzadə də Vətənin sevgisini qazi analarından öyrənib, vətənpərvərlik tərbiyəsini, ilk növbədə, onlardan alıblar. Filmdə hər iki ananın övladlarının mərd, igid və vətənlərini sevərək böyüməsində onların vətənpərvərlik hissi məhz qazi anaların öz oğullarına verdikləri bu tərbiyəninn əticədə onların 2020-ci il sentyabrın 27-də Vətənin azadlığı uğrunda başlanan ölüm-dirim savaşına qoşulmalarına təkan verən əsas qüvvə oldu.

Azərbaycan Ordusunun əsgəri olan Rəşad Ələkbərov 2020-ci il sentyabrın 27-də başlananVətən müharibəsi zamanı Füzuli, Hadrut, Daşaltı və Şuşanın işğaldan azad olunmasında iştirak edib. Anası kimi... Özü də ailənin tək oğlu olan Rəşad müharibəyə gedəndə anası ona deyib ki, yeganə dayağım sənsən. Rəşad isə cavab verib ki, qazi ananın övladı Vətən uğrunda savaşda mütləq iştirak etməlidir və bunu qarşımda dayanan anamdan öyrəndim. Rəşad Şuşa-Laçın istiqamətində davam edən döyüşlərdə şəhid olub.

Layihənin maliyyəsi 8000 AZN dir. Layihənin rəhbəri Elnarə Abbasova, mühasibi jalə Quliyevadır. Layihənin icra müddəti 2 aydır.

“Anam Vətən, Vətənim Ana” Filminin təqdimat tədbirləri Gəncə və Lənkəran şəhərlərində keçiriləcəkdir.

Layihə rəhbəri Elnarə Abbasova





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR