Son Xəbər:
Tarix: 27-02-2022, 17:02
Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kolleci rüşvət yuvasına çevrilməkdə ittiham edilir
Kollecin direktoru Bərxudar Bərxudarov bu təhsil ocağını market kimi idarə edir.
Bu barədə mənbə xəbər verir ki, kollecdə hər şey direktorun “qiymət tas”ından asılıdır. Yəni, tələbələrdən toplanan pulların məbləği bazar məzənnələri ilə tənzimlənir.
B.Bərxudarov tələbələrdən müxtəlif adlar altında pul toplanması adi hal alıb. Dərsə gəlməyin və gəlməməyin öz qiymətləri var.
İmtahanlar zamanı əlin cibində olmasa növbəti kursa keçmək üçün heç bir şansın yoxdur. Bundan əlavə, kollecdə “ölü ştatlar” var. Bərxudar Bərxudarovun qohum-əqrəbasının, dost-tanışının bir çoxunun adı kollecdə gedir.
Hər ay onlar üçün dövlət büdcəsindən maaş ödənilir və kollecdə bu şəxsləri tanımırlar. Nəticədə büdcə vəsaitləri talanır, müxtəlif adlar altında mənimsənilir.
Mediada yayılan xəbərlərdə bildirilir ki, kollec direktoru tələbələrdən alınan pulları özünün yaxın adamların əliylə toplayır.
Kollecin direktoru Bərxudar Bərxudarov təyinatından sonra qaydalarla yanaşı, durum da dəyişib.
Məlumatda deyilir ki, Bərxudar Bərxudarov təhsil rəhbərliyi ilə yola getməsə də, hansısa sirrli əllər onu direktor postunda saxlayır. Həmin «sehirli əl» isə nəinki onu himayə edir, həm də bir sıra qanunsuzluqlara imza atmasını sığortalamaqla da məşğul olur.
O da vurğulanır ki, kollecin direktorunun digər qazancı müəllimlərdən aylıq almasıdır. Onlar hər ay Bərxudar Bərxudarov «görmək»lə işlərinə davam edir və kimsəni saya salmırlar.
Amma Bərxudar Bərxudarov bir başqa gəlir yeri də var. İddia olunur ki, direktorun şəxsi maraqları təmin olunduğundan kollecdə adı gedən, lakin özü məktəbin yolunu belə tanımayan 10-dan artıq müəllim də mövcuddur.
Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecində qəbuldan tutmuş, imtahanda qiymətlərin yazılmasına qədər hər şey pulladır.
Təsəvvür edin ki, bir vaxtlar direktor süpürgəçinin maaşını mənimsəyib. Bərxudar Bərxudarovun belə işləri çoxdur. Lakin ona qarşı hər hansı bir tədbir görülmür.
Təhsil Nazirliyinin baş verənlərə loyal münasibəti bir çox hallarda isə, susqunluğu müəllim adına xələl gətirən ünsirlərin əl-qol açmasına münbit şərait yaradır.
B proseslərdə iqtisadiyyat və humanitar şöbələrinin müdirləri xüsusilə seçilir. Semestr və dövlət imtahanlarının müxtəlif məbləğlərdə pulların tələb olunması kollecdə adi hala çevrilib.
Kollec direktoru isə ittihamları rədd edir və razılaşmır, hər şeyin qaydasında olduğunu bildirir.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
PS: Daha ətraflı sizi məlumatlandıracağıq… Bizi izləyin.
Xeberim.info