Son Xəbər: Nazir: Azərbaycan İtaliyada uzunmüddətli investor kimi mövqeyini möhkəmləndirib, İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumu keçiriləcək, Azərbaycanın iki boksçusu U-23 Avropa çempionatında finala vəsiqə qazanıb, Asif Əsgərov “Şöhrət” ordeni ilə təltif edilib, Sumqayıtda 24 yaşlı qız dəm qazından boğularaq ölüb, Ukrayna PUA-larla Tatarıstanda neft anbarlarına hücum edib, Ümumtəhsil müəssisələrində payız tətili başa çatıb, Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək, İlham Əliyev: Vyetnama 2020-ci ilin Vətən müharibəsi dövründə verdiyi dəstəyə görə minnətdarıq, Bazar günü hava 18 dərəcə isti olacaq,

Əsrikçaydan sel keçib, Qubadlıya dolu düşüb - Faktiki hava

Əsrikçaydan sel keçib, Qubadlıya dolu düşüb - Faktiki hava

Tarix: 19-06-2023, 12:00

Milli Hidrometeorologiya Xidmətinin iyunun 19-u saat 11:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti qeyri-sabit olub, şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb, bəzi yerlərdə intensiv və güclü olub.

Xidmətdən  verilən məlumata görə, düşən yağıntının miqdarı Qaxda 35 mm, Tovuzda 31 mm (aylıq normanın 55 faizi ), Cəfərxan (aylıq normanın 97 faizi), Şəkidə 25 mm, Naftalanda 24 mm, Sabirabadda 20 mm (aylıq normanın 73 faizi), Hacıqabulda 19 mm (aylıq normanın 98 faizi), Gəncədə 19 mm, Göygöl, Ağdamda 18 mm, Qusarda 13 mm, Oğuzda 10 mm, İmişli, Şahdağda 9 mm, Tovuzda 7 mm Balakən, Biləsuvarda 6 mm, Qəbələ, Şabran, Şirvan, Şahbuz, Daşkəsən, Şəmkirdə, Gədəbəy, Xaltan, Quba, Altıağac, Beyləqan, Şamaxı, Tərtər, Mingəçevir, Şamaxı, Qrız, Sədərək, Ceyrançöl, Ağstafa, Zaqatala, Qobustan, Bərdə, Yevlax, Zərdab, Yardımlı, Neftçalada 1-5 mm, Bakıda və Abşeron yarımadasında 2 mm-dək olub.

Şimal-qərb küləyi Bərdədə 28, Goranboyda 25, Gəncədə 24, Cocuqmərcanlı, Daşkəsəndə 23, Naftalan, İsmayıllı, Göyçayda 22, Şəmkir, Oğuz, Tərtər, Bərdə, Mingəçevirdə 18, Sabirabadda 17, Naxçıvan, Göygöldə 16, Zaqatala, Şəkidə 15, Bakıda və Abşeron yarımadasında 22 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2 metrə çatıb.

İyunun 18-də saat 20:00 radələrində Tovuz rayonu ərazisindən axan Əsrikçaydan sel keçib. Saat 17:00 radələrində Qubadlı rayonu ərazisinə dolu düşüb.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 33, Naxçıvan MR-da 34, dağlıq rayonlarda 24, Aran rayonlarında 37 dərəcəyədək isti olub.





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR