Son Xəbər: Şənbə günü yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ, Elm və təhsil naziri: İbtidai təhsildə, dərsliklərdə problemlər var, Azərbaycanın sərbəst güləşçisi: "Dünya çempionu olmaq üçün əlimdən gələni edəcəyəm", Şahzadə Harri Kiyevə gözlənilməz səfər edib, Gürcüstanda Azərbaycanla sərhəddə zəlzələ olub, Premyer Liqa: "Kəpəz" "Araz-Naxçıvan"la, "Qarabağ" "Zirə" ilə üz-üzə gələcək, Culfada qəza olub, 4 nəfər ölüb, Tramp: Çarli Kirk ölümündən sonra medalla təltif ediləcək, XİN rəhbəri Polşa vətəndaşlarına çağırış edib: Yalvarıram, Rusiya və Belarusa getməyin, Türkiyədə Suriya hərbçilərinin təliminə başlanılıb,

"Orbita" MTK-dan yazanlar dövlət qurumlarının səlahiyyətlərinə müdaxilə etmiş olurlar

"Orbita" MTK-dan yazanlar dövlət qurumlarının səlahiyyətlərinə müdaxilə etmiş olurlar

Tarix: 13-07-2023, 09:18

 

Son iki-üç gündür ki, hazırladıqları məqalələrdə ciddi qrammatik səhvlərə yol verən, iştahalarının artması səbəbindən rəsmi dövlət qurumlarına aid olan müəyyən səlahiyyətlərə müdaxilələr etməyə çalışan, daha dəqiq desək ictimai fikirdə çaşqınlıq yaratmaqla "Orbita" Mənzil-Tikinti Kooperativinin işgüzar nüfuzunə xələl gətirməyə çalışan bəzi media qurumlarının fəaliyyətləri, bu gün də böyük şübhələrə yol açmaqdadır. Çünki, adının çəkilməsini istəmədiyimiz  həmin media qurumları, son iki-üç gündür ki, iş-güclərini buraxıb sanki şou düzəltməklə məşğul olurlar. Yəni, "Orbita" MTK-nı hədəfə götürənlər, sanki ölkəmizdə və dünyada baş verən ən ciddi hadisə və prosesləri unudurlar və bu şirkətin fəaliyyəti ilə bağlı şər-böhtan yaymağa üstünlük verirlər. O halda sual oluna bilər ki, bu cür qərəzçiliyin, bu cür yanaşmanın kökündə nələr durur? Axı, həmin həmin media qurumları necə və hansı yollarla  müəyyən edə bilirlər ki, "Orbita" MTK tərəfindən inşa olunan binalar zəlzələyə  0% davamlı olurlar? Guya ki, belə bir məlumatlar şirkətin rəsmi internet saytında dərc olunub. Bu qədər yalan, bu qədər şər-böhtan olmaz. Məsələnin düşündürücü tərəfi odur ki, belə bir əsassız məlumatları yayanlar onu undurlar ki, "Orbita" MTK ölkəmizin tikinti sektorunda kifayət qədər otruşmuş şirkətlərdən biridir. Bundan əlavə, bu şirkətin indiyə kimi inşa etdiyi yaşayış binaları olduqca keyfiyyətli inşa olunduğundan, bir kimsə yaşadığı mənzilində baş verən, yaxud da üz-üzə qaldığı ciddi problemin varlığını ortaya qoymayıb.

"Orbita" MTK-dan yazanlar dövlət qurumlarının səlahiyyətlərinə müdaxilə etmiş olurlar

 Digər tərəfdən, onu da unutmaq olmaz ki, "Orbita" MTK-nın inşa etdiyi binaların keyfiyyət göstəricisi ilə bağlı rəsmi dövlət qurumları rəy verirlər. Yəni, belə bir rəylər olmadan inşa olunan binalar heç cür istismara verilmir. Belə bir səlahiyyətlər də, məhz rəsmi dövlət qurumlarına aid olan məsələlərdir. O halda ortaya sual çıxır ki, əgər bu şirkətin inşa etdiyi binaların zəlzələyə  davamlılığı 0%- dirsə, nə əcəb həmin binalar istismara verilir? Deməli, "Orbita" MTK haqqında əsassız məqalələr yayımlayanlar rəsmi dövlət qurumlarının səlahiyyətlərinə aid olan məsələlərə bir növ müdaxilə etməklə, hansısa niyyətlərinə nail olmaq istəyirlər. Unutmayaq ki, el arasında belə bir deyim var “Yalan ayaq tutar, amma yeriməz”. Bəli, bu əslində belədir. Çünki, bəzi media qurumları "Orbita" MTK haqqında nə yazsalar da, hansısa şər-böhtanı ictimaiyyət arasında yaysalar da, onların yalanları heç cür ayaq tutub yeriməyəcək. Çünki, reallıq ortadadır və tam əksəriyyət bu şirkətin fəaliyyətini yetərincə qiymətləndirirlər.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR