Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

"Narkotik satanlara qarşı cəzalar ağırlaşdırılmalıdır" - Ekspert

"Narkotik satanlara qarşı cəzalar ağırlaşdırılmalıdır" - Ekspert

Tarix: 5-08-2023, 17:55

Son vaxtlar ölkədə narkotik vasitələrin dövriyyəsi artmaqdadır. Hüquq-mühafizə orqanları narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması ilə bağlı ardıcıl və operativ tədbirlər keçirməsinə baxmayaraq bu alverin qarşısını tam almaq mümkün deyil. 

Bu problemin qarşısı almaq üçün daha hansı təqdirlər görmək lazımdır?

“Gənclərin Anti-Narkomaniya” İctimai Birliyinin sədri Büllur Məmmədova News24.az-a açıqlamasında bildirdi ki. Bu bəlanın qarşısını almaq üçün əhali arasında marifləndirmə tədbirlərinin sayı artırılmalıdır:

“Narkotiklərin qanunsuz dövriyyəsi təkcə Azərbaycanda deyil, bütün dünyada artır. Bu ümumbəşəri bəladır. Bütün dünyada olduğu kimi Azərbaycanda da bu problem var. Daxili İşlər Nazirliyi və digər aidiyyəti qurumlar bu problemin yayılmasının qareşısı almaq üçün yorulmaz və əhəmiyyətli tədbirlər keçirir. Azərbaycanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı ciddi addımlar atılır. Lakin, bu problemin qarşısını tam almaq mümkün olmur. Bütün dünyada olan narkobaronlar müəyyən yollarla yenə də bunun alverini həyata keçirir. Azərbaycanın sərhədlərinin çətin relyefli ərazilərdə olması narkobaronların əlinə fürsət salıb. Həmin narkobaronlar müəyyən yollarla Azərbaycana narkotik keçirə bilirlər”. 

Təşkilat sədrinin fikrincə,son zamanlar ölkədə narkotikdən asılılıq gənc nəsil arasında sürətlə yayılır:

“Artıq qorxulu vəziyyət yaşanır, narkotikdən istifadə edənlərin yaş həddi 12-16 yaşa da gəlib çatıb. Hətta məlumata görə, narkotik istifadə edənlər arasında 10 yaşlı  uşaq da aşkarlanıb”. 

B. Məmmədova qeyd etdi ki, bu bəlanın qarşısını almaq üçün hüquq-mühafizə orqanlarının gördükləri tədbirlər kifayət etmir:

“Düşünürəm ki, narkotik bəlası barədə əhali arasında güclü təbliğat aparılmalıdır. Marifləndirmə tədbirləri gücləndirilməli, əhali arasında təbliğata daha çox üstünlük verilməlidir. Təbliğat əsasən orta məktəbin aşağı sinflərindən başlanmalıdır. Şagirdlər hətta ibtidai sinifdən narkotikin nə olduğunu bilməli , törətdiyi fəsad və faciələr barədə marifləndirilməlidir. Bunun üçün ictimai qınaq olmalı, cəmiyyət bu problemə qarşı birləşməlidir. 
Digər məsələ, bu proseslə bağlı qanunlar sərtləşdirilməlidir. Narkotik istifadəçisi və satanlara qarşı cəza tədbirləri ağırlaşdırılmalıdır”. 




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR