Son Xəbər: Sabah Azərbaycanda 20 dərəcə isti olacaq, İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul edib, Nazir: Azərbaycan İtaliyada uzunmüddətli investor kimi mövqeyini möhkəmləndirib, İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumu keçiriləcək, Azərbaycanın iki boksçusu U-23 Avropa çempionatında finala vəsiqə qazanıb, Asif Əsgərov “Şöhrət” ordeni ilə təltif edilib, Sumqayıtda 24 yaşlı qız dəm qazından boğularaq ölüb, Ukrayna PUA-larla Tatarıstanda neft anbarlarına hücum edib, Ümumtəhsil müəssisələrində payız tətili başa çatıb, Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək,

Polkovniklə bağlı hökm dəyişmədi - Qadınlardan birinə 4 min ödəyəcək

Polkovniklə bağlı hökm dəyişmədi - Qadınlardan birinə 4 min ödəyəcək

Tarix: 6-09-2023, 09:45

Fövqəladə Hallar Nazirliyindəki (FHN) xidməti otağında intim videolar çəkib yaymaqda təqsirli bilinən polkovnik Zaur Mirzəyevlə bağlı hökmdən verilmiş şikayətlərə baxılıb.

Mediabiz.az xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində yenidən baxılan iş üzrə təqsirləndirilən və zərərçəkmiş tərəfin şikayətləri dinlənilib.

Z.Mirzəyev əməlində cinayət tərkibi olmadığını əsas gətirərək hökmün ləğv edilməsini xahiş edib.

Polkovniklə eyni videoda yer alan, zərərçəkmiş kimi tanınmış qadınlardan biri isə əksinə cəzanın ağırlaşdırılmasını, həmçinin dəymiş mənəvi ziyana görə ona 192 min manat təzminat ödənilməsini istəyib.

Hakim Fərid Əyyubovun sədrlik etdiyi hakimlər heyəti şikayətlərin heç birini əsaslı hesab etməyib. Qərara əsasən, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən qüvvədə saxlanılıb.

Qeyd edək ki, Zaur Mirzəyev ötən ilin avqustunda həbs edilib. O, Cinayət Məcəlləsinin 156.2.1 (şəxsi həyatın toxunulmazlığını pozma), 242 (pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) və 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham olunub. İttihama görə, Z.Mirzəyev xidməti kompüterinə xüsusi proqram vasitəsilə gizli kamera quraşdıraraq qadınlarla 2013-cü ildən başlamaqla 2019-cu ilin sonlarınadək iş otağında intim münasibətdə olarkən video və foto çəkilişlər aparıb. Hazırlanmış qanunsuz pornoqrafik materialların 2022-ci ilin avqust ayında internet şəbəkələrində yayılmasına səbəb olub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Z. Mirzəyev 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Zərərçəkmiş şəxs tərəfindən qaldırılan 192 minlik mülki  iddianın 4 min manatı təmin edilib. Həmin məbləğ təqsirləndirilən şəxsdən tutularaq zərərçəkmişə ödənilməlidir.





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR