Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

Azercell şəbəkəsi Ağdərə və Xocalının əhatə dairəsində...

Azercell şəbəkəsi Ağdərə və Xocalının əhatə dairəsində...

Tarix: 30-09-2023, 09:05

Mobil operator işğaldan azad olunmuş ərazilərimizdə baza stansiyalarını quraşdırmağa davam edir.


"Unikal" xəbər verir ki, ordumuzun ardınca bütün cəbhə boyu irəliləyərək, işğaldan azad olunmuş ərazilərdə ilk mobil infrastrukturu quran “Azercell Telekom” MMC  Ağdərə və Xocalıda baza stansiyalarını işə saldı. Azercell komandası qürur hissi ilə bildirir ki, indi Ağdərə və  Xocalıda da Azercell şəbəkəsi fəaliyyət göstərir.


Xatırladaq ki, Azercell-in bu ərazilərdə quraşdırdığı radio baza stansiyaları LTE texnologiyasına aiddir.  Məlumat üçün bildirək ki, hazırda Qarabağda Azercell-in 100-dən çox baza stansiyası fəaliyyət göstərərək Şuşa, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Kəlbəcər rayonlarını, İstisu, Hadrut, Suqovuşan qəsəbələrini, həmçinin Xocavənd və digər rayonların kəndlərini öz şəbəkəsi ilə əhatə edir. Təkcə Laçın rayonunda mobil operator 15-dən çox baza stansiyası quraşdıraraq artıq rayonun Zabux, Sus və digər kəndlərində də mobil rabitə xidmətləri göstərir.


Azercell-in əsas məqsədlərindən biri işğaldan azad olunmuş ərazilərdə  ilə yeni nəsil şəbəkənin genişləndirilməsini sürətləndirmək və bu ərazilərə qayıdacaq əhalini mobil internet və qabaqcıl kommunikasiya xidmətləri ilə təmin etməkdir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR