Son Xəbər: Ceyhun Bayramov ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə Bürosunun baş rəsmisi ilə görüşüb, Misirin yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib, Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib, Nepal Prezidenti istefa verib - YENİLƏNİB, Daxili qoşunlara bu şəxsləri saxlamaq hüququ verilir, Daxili qoşunların vəzifə və hüquqları müəyyənləşir, Rusiya hökumətinin nümayəndə heyəti Dəməşqdədir, Lu Mey: "Azərbaycan–Çin əməkdaşlığı tarixi zirvəyə çatıb", Kamran Əliyev Sinqapurda Beynəlxalq Prokurorlar Assosiasiyasının konfransında iştirak edir, Bakı metrosunda üztanıma ilə ödəniş sisteminin tətbiqinə hazırlıq gedir,

Aydın Talıbovun “krışa”sı uçdu… - “Veysəloğlu”nun “Araz” marketində nə baş verib ?

Aydın Talıbovun “krışa”sı uçdu… - “Veysəloğlu”nun “Araz” marketində nə baş verib ?

Tarix: 6-01-2022, 08:07


Marketdə çay içən reklam firmasının xanım nümayəndəsinin fəqərə sütunu qırıldı…

Baş verən hadisənin kamera görüntüləri niyə gizlədilir ?

Xeyli müddətdir ki, “Gündəlik-Bakı” olaraq “Veysəloğlu” Şirkətlər Qrupunun fəaliyyəti barədə yazırıq və şirkətin rəhbəri Veysəlinoğlu Aydın Talıbova xəbərdarlıq edirik ki, bizim səninlə şəxsi müstəvidə zərrə qədər problemimiz yoxdur.
Adam, sən vergidən yayınma, vaxtı keçmiş məhsulların satışı, qara mühasibatlıq, işçilərin istismarı, digər neqativ hallara son qoy, biz sənin şirkətinlə bağlı yazlarımızı bitirək.
Bu adam yazılanlardan nəticə çıxartmaq əvəzinə, bizə hədə-qorxu gəlməyə, təhdid etməyə başlayır, bizi məhkəmə ilə hədələyir, hətta dostları vasitəsilə bizə ənam da göndərmək istəyir.
Veysəlinoğlu, axı biz sənə xəbərdarlıq etmişdik.
Atalar demişkən, “Su sənəyi suda sınar”, yaxud “ Quş dimdiyindən tələyə düşər”…
Həə, indi cəmiyyət sənin kim olduğunu görəcək, dimdiyin ilişdi…
Bəli, deməli, “Veysəloğlu” Şirkətlər Qrupuna aid olan və Tbilisi prospektində yerləşən Qızıl Araz marketində baş verənlər bir daha yazdıqlarımızı təsdiq etdi.
Belə ki, Araz marketdə reklam firmasının nümayəndəsi olan xanım marketdə əyləşib çay içdiyi zaman tavan uçaraq onun üzərinə tökülüb.
Nəticədə firma nümayəndəsinin üzü kəsilib, üz-gözü dəhşətli vəziyyətə düşüb, hətta zərbənin ağırlığından xanımın fəqərə sütunu sınıb…
Hadisə yerinə Təcili yardım gələndə Araz marketin nümayəndələri onların yardım göstərməsinə icazə verməyiblər ki, öz həkimlərimiz gələcək…
Hətta xanımın vəziyyətini görən Təcili yardımın həkimləri əsəb keçiriblər. Sonda xanım xəstəxanaya götürülüb.
Gündəlik-Bakıya daxil olan məlumatdan o da bəlli olur ki, hazırda Araz marketin müdiriyyətindən baş verənlərlə bağlı kamera görüntüləri tələb olunsa da, müdiryyət deyir ki, tavan uçanda kamera sınıb, heç bir görüntü yoxdur.
Hətta marketin mühafizəçilərinin də ağızlarını yumublar ki, deyin kamera qırılıb.
Hazırda zərərçəkən xanım xəstəxana şəraitində müalicə olunur. İndiyədək Araz marketin bir nümayəndəsi onunla maraqlanmayıb.
Zərərçəkən xanım Araz marketin müdiriyyətindən baş verən hadisənin kamera görüntülərini tələb edir.
İndi növbə sənindir, cənab Aydın Talıbov.
Sənin “krışan” niyə uçdu ?

“Gündəlik-Bakı”




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR