Son Xəbər: Azərbaycan neftinin qiyməti 100 dollara düşüb, Azərbaycan XİN Atatürkün anım günü ilə bağlı paylaşım edib, Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq,

İlham Əliyev sübut etdi ki, dünya miqyaslı liderdir -Qht sədri

İlham Əliyev sübut etdi ki, dünya miqyaslı liderdir -Qht sədri

Tarix: 24-12-2022, 18:44


Vətən müharibəsi dövründə düşmən ölkələrdən birinin Azərbaycana nifrətini gizlətməyən tanınmış jurnalisti ölkəmizin hərbi və diplomatik uğurlarını etiraf etmək məcburiyyətində qalaraq, deyir: "İlham Əliyev o qədər güclü liderdir ki, Azərbaycanın hüdudları onun üçün dardır. İlham Əliyev sübut etdi ki, dünya miqyaslı liderdir".


2003-cü il oktyabrın 15-də 6 nömrəli məktəbdə səs verəndən sonra İlham Əliyev mətbuatın suallarını cavablandırırdı. O zaman “İlham müəllim” deyə müraciət edirdik, çünki prezident seçkilərinin nəticələri hələ məlum deyildi. İlham müəllimdən Prezident seçiləcəyi təqdirdə, Qarabağ məsələsini necə həll edəcəyini soruşdum. Ətraflı cavab verdi, amma sonuncu bir cümləni heç vaxt unutmaram. Dedi, “Azərbaycan bu məsələnin ədalətli həllinə nail olacaq. İstənilən yolla”.


Cəmi 17 il tələb olundu ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev 2003-cü ildə dediyi o sözləri həyata keçirsin. İlham Əliyevi gələcəyimizin Prezidenti, Ali Baş Komandanı, Sərkərdəsi sayıram. Xalqımızın min illərlə topladığı dəyərləri, sərkərdərlik təcrübəsini, yüz illərlə məruz qaldığı zülm və ədalətsizliyin qəzəbini qəlbində cəmləşdirib nəticədə Azərbaycanı qüdrətli etməklə düşmənlərə diz çökdürən İlham Əliyev, əslində, Azərbaycanın ərazi bütövlüyünü təmin etməklə, belə demək mümkündürsə, bir planka müəyyən etdi. 30 il yaşadığımız zülmün təkrarlanmasını istəmiriksə, o plankadan aşağı olmağa haqqımız yoxdur. Ölkəmizin və dövlətimizin daim güclü və qüdrətli olmasını, xalqımızın əbədi olaraq rifah içində yaşamasını, milli təhlükəsizliyimizin bütün vektorlar üzrə yüksək səviyyədə təmin olunmasını istəyiriksə, biz mənən, ruhən, güc və qüdrətimizlə həmişə İlham Əliyevin müəyyən etdiyi o plankanın səviyyəsində olmalıyıq. Azərbaycanın beyin mərkəzləri isə ölkənin strateji təhlükəsizliyinin təmin olunması üçün bundan nəticə çıxararaq bütün lazımi tədbirləri görməlidir.


Sizə, ilk növbədə, sarsılmaz can sağlığı, ikincisi isə, həmişə xalqımızın düşmənlərinin Sizin qarşınızda dizüstə çökmələrini arzulayıram. 


Ad gününüz mübarək, Müzəffər Ali Baş Komandan!


Hörmətlə,

Etibar Məmmədov

“Mədəniyyətin və Milli Ənənələrin Təbliği” ictimai birliyinin sədri




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR