Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

Torpaq almaq istəyənlərə XƏBƏRDARLIQ

Torpaq almaq istəyənlərə XƏBƏRDARLIQ

Tarix: 23-11-2023, 13:59

“Bəzən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə cəhd edilir. Bu halda inşa edilən ev özbaşına tikinti sayılır və həmin fərdi yaşayış evinin mülkiyyət hüququ verən çıxarışla təmin edilməsi mümkün olmur. Fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alarkən həmin torpaq sahəsi üzrə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçib-keçməməsi müəyyən edilməlidir”.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yaydığı məlumatda bildirilib.

Bildirilib ki, torpaq sahəsi üzərində hüquqlar dövlət reyestrində qeydiyyatdan keçməyibsə və hüquqlar daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilməyibsə, həmin torpaq sahəsinin notarial qaydada alqı-satqısı mümkün deyil.

“Həmçinin, torpaq sahəsinin yaşayış məntəqələrinin torpaqları kateqoriyasına və təyinatının isə həyətyanı məqsədlər üçün nəzərdə tutulan torpaq sahələrinə aid olub-olmaması aydınlaşdırılmalıdır.

Vətəndaşlar mülkiyyətində olan torpaq sahələrində fərdi yaşayış evinin tikintisinə başlamamışdan öncə tikiləcək fərdi yaşayış evinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanmasını təmin etməlidir. Qeyd edək ki, memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planını yalnız Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş və layihələndirmə fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi razılıq (lisenziya) alan hüquqi və ya fiziki şəxslər həyata keçirə bilərlər.

Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinə əsasən, mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir.

Dövlət Xidmətinin məlumatına görə, müvafiq tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələri, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti yerli icra hakimiyyəti orqanına təqdim olunur.

10 gün müddətində layihəyə dair irad təqdim edilmədikdə, tikinti işlərinə başlanıla bilər”, - məlumatda qeyd olunub.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR