Son Xəbər: Türkiyə Prezidenti: Qarabağda Azərbaycanın nələri bacardığına şahid olduq, Prezident İlham Əliyev: Azərbaycan heç vaxt işğalla barışmaq fikrində deyildi, Bakıda Zəfərin beşinci ilinə həsr olunan hərbi parad keçirilir - CANLI, Prezident və Mehriban Əliyeva Zəfər muzeyinin açılışında - FOTOLAR, İlham Əliyev və Mehriban Əliyeva Şəhidlər xiyabanını ziyarət etdilər - FOTOLAR, Prezident və birinci xanım Ulu Öndərin məzarını ziyarət etdilər - FOTOLAR, ABŞ və “C5+1” Orta Dəhlizlə "Tramp Marşrutu"nun əlaqələrini gücləndirir, Paşinyan: İlk addımda qəbul etməliydik ki, Qarabağ Azərbaycanın tərkibində olmalıdır, bu, mənim səhvim idi, Ərdoğan Azərbaycana səfərə yola düşüb, Mehriban Əliyeva Azərbaycan xalqını TƏBRİK ETDİ,

44 gün ərzində aparılan hərbi əməliyyatlar, hərbçilərimizin şücaətinin bir qəhrəmanlıq dastanıdır- Qht sədri

44 gün ərzində aparılan hərbi əməliyyatlar, hərbçilərimizin şücaətinin bir qəhrəmanlıq dastanıdır- Qht sədri

Tarix: 9-11-2023, 16:30

İkinci Qarabağ müharibəsindəki Qələbə bizim tarixi uğurumuzdur, tarixi Zəfərimizdir. Və qələbəmizin hər ilini böyük uğurla başa vururuq. Böyük qürur hissi keçiririk ki, bu qələbə və uğurlar Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən son 20 il ərzində həyata keçirilən "Güclü ordu - güclü dövlət" strategiyasının və "Dəmir yumruq" əməliyyatı ilə 44 gün davam edən Vətən Müharibəsində Azərbaycan Ordusu yüksək döyüş bacarığının bütün dünyaya nümayişi idi. Bu, həm də bir daha nümayiş etdirdi ki, güclü, qüdrətli, yüz minlik ordunu heç kim dayandıra bilməz! Azərbaycan Prezidenti İlham Əliyev Xankəndi şəhərində keçirilən hərbi paradda çıxışında bütün işğaldan azad olunan bütün torpaqlarda Azərbaycan Bayrağını qaldıracağına söz verdiyini söyləyib: "Xalqıma söz vermişdim ki, gün gələcək Azərbaycan Bayrağı işğal altında olan bütün torpaqlarda qaldırılacaq və bu gün gəldi. İyirmi il bundan əvvəl həm seçkilər ərəfəsində, həm də andiçmə mərasimində doğma xalqıma söz vermişdim ki, gün gələcək və biz Azərbaycanın Dövlət Bayrağını işğal altında olan torpaqların hər bir guşəsində qaldıracağıq".

Azərbaycan xalqının çoxəsrlik tarixində buna bənzər parlaq Qələbənin olmadığını diqqətə çatdıran dövlət başçımız hərbi parada çıxışı zamanı 44 gün ərzində aparılan hərbi əməliyyatlar, hərbçilərimizin şücaətinin bir qəhrəmanlıq dastanı olduğunu vurğulayaraq bildirdi ki, bu günü (Zəfər Günü – red.) bizə bəxş edən müzəffər Silahlı Qüvvələrimiz döyüş meydanında cəsarət, qəhrəmanlıq, fədakarlıq göstərərək düşməni əzəli torpaqlarımızdan qovmuşdur. Bu, böyük tarixi hadisədir: "Qırx dörd gün ərzində döyüş meydanında düşməni məğlub edərək, şəhər və kəndlərimizi azad edərək Azərbaycan əsgəri və zabiti əsl qəhrəmanlıq göstərmişdir. Hər gün biz irəli gedirdik, bir gün belə geriyə addım atmamışdıq".

Düşmən ordusunun Azərbaycan Silahlı Qüvvələrinin peşəkarlığını, fədakarlığını görərək daha da böyük təşvişə düşdüyünü, onların özlərinin etirafına görə, 44 günlük müharibə zamanı Ermənistan ordusunda 12 min fərarinin olduğunu deyən dövlət başçımız qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələrinin bir nəfər də olsun hərbçisi döyüş meydanını tərk etməmişdir. Bu, Azərbaycan xalqının əyilməz ruhunu və yüksək mənəvi keyfiyyətlərini bir daha bütün dünyaya nümayiş etdirdi və Azərbaycan övladları Şuşa əməliyyatı zamanı böyük güc, peşəkarlıq və fədakarlıq göstəriblər: "Şuşa əməliyyatı, təbii ki, 44 günlük Vətən müharibəsi dövründə xüsusi yerə malikdir. Çünki çox çətin coğrafi vəziyyətdə yerləşən, alınmaz qala sayılan Şuşanı yüngül silahlarla, bir çox hallarda əlbəyaxa döyüşlər nəticəsində azad etmək böyük güc, peşəkarlıq və fədakarlıq tələb edirdi. Azərbaycan övladları bunu göstərmişlər"

Bəli, bu gün Azərbaycan Ordusu dünyanın ən güclü ordularının sırasındadır. Dövlət başçımızın söylədiyi kimi: "Bizim ordumuz döyüşüb, bizim ordumuz öz gücünü paradda yox, döyüş meydanında göstərib. 44 gün ərzində bir nəfər də olsun geri addım atmayıb, bir nəfər də olsun fərari olmayıb. Bizim ordumuz budur. Bizim xalqımız budur. Çünki ordu xalqın bir hissəsidir. Orduda xidmət edən xalqın övladlarıdır, bizim yetişdirdiyimiz uşaqlardır".

Etibar Məmmədov

Mədəniyyətin və Milli Ənənələrin təbliği ictimai birliyinin sədri.





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR