Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

Deputatın səhhətində problem yarandı, Türkiyəyə aparıldı – ÖZƏL/AÇIQLAMA

Deputatın səhhətində problem yarandı, Türkiyəyə aparıldı – ÖZƏL/AÇIQLAMA

Tarix: 29-12-2023, 14:21

 

“Qiymət artımı ən çox dərman qiymətlərində hiss olunur. Baxmayaraq ki, bu qiymətlər dövlət tərəfindən tənzimlənir”.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Vahid Əhmədov bildirib.

“Mən dərmanlarımı Türkiyədən gətizdirirəm. Türkiyədə və burda olan dərmanların qiymətin 7-8 dəfə fərq var. Mən başa düşürəm yol, daşıma xərcləri var. Lakin fərq bu qədər olmamlıdır. Bu əhalini ən çox narahat edən problemdir” – deyə Vahid Əhmədov vildirib.

Bundan başqa, deputat banklarda kredit faizlərinin yüksək olmasından gileylənib: “Niyə Azərbaycanda investisiya fondları yoxdur? Bunun səbəbi nədir? Mərkəzi Bankın bankalara verdiyi pulun faizlərinə baxmaq lazımdır? Niyə biz sahibkaralara 20%-lə kredit verməliyik?”.

O, həmçinin 50 min manata kredit almağa görə girov məsələsinin sadələşdirilməsini təklif edib: “Bank sahəsində problemdən biri girov məsələsidir. Sahibkarlar 5 il müddətində girovla kredit  götürürlər. Bəs sahibkar 5 il nə etsin?! Bu kredit məsələsini həll etmək lazımdır. Rayonlarda hamı istəyir taxıl əksin. Amma adamların vəsaiti yoxdur”.(“Qafqazinfo”)




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR