Son Xəbər: Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək, İlham Əliyev: Vyetnama 2020-ci ilin Vətən müharibəsi dövründə verdiyi dəstəyə görə minnətdarıq, Bazar günü hava 18 dərəcə isti olacaq, İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var, İlham Əliyev: Vyetnamın müstəqillik mübarizəsi Azərbaycan xalqı tərəfindən həmişə dəstəklənib, Seul yaxınlığında yük qatarı relsdən çıxıb, Sumqayıtda yol çöküb, Azərbaycan və NATO logistik imkanlarından birgə istifadə mexanizmlərini müzakirə edib, İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub, Taksi sürücüsü olmaq istəyənlər üçün dekabrın 17-də keçiriləcək imtahana qeydiyyat başlayıb,

“Avey” qoruğunun yaxınlığındakı partlayışlarla bağlı monitorinqlər keçiriləcək

“Avey” qoruğunun yaxınlığındakı partlayışlarla bağlı monitorinqlər keçiriləcək

Tarix: 18-01-2024, 18:05

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətində “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində yerləşən abidələrin qorunması və ziyarətçilərin təhlükəsizliyinin təmin olunması üçün qoruğun mühafizə zonasının yaxınlığında fəaliyyət göstərən müəssisələr tərəfindən həyata keçirilən texniki partlayışların təsirinin müəyyən edilməsi və qiymətləndirilməsi məqsədilə aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət ekspert komissiyasının ilk iclası keçirilib.

Dövlət Xidmətindən Yenixeber.org-a verilən xəbərə görə, iclasda çıxış edən Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunda yerləşən tarixi abidələrin qorunması və gələcək nəsillərə çatdırılması üçün lazımi tədbirlərin görüləcəyini diqqətə çatdırıb. Bildirib ki, bunun üçün ekspert komissiyasının üzvü olan dövlət orqanları ilə birgə iş aparılacaqdır.

İclasda komissiya üzvləri - Azərbaycan Milli Elmlər Akademiyasının, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik hüquqi şəxsinin, Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin Qərb Regional Müfəttişliyinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları texniki partlayışların sözügedən qoruqda yerləşən abidələrə təsirinin mümkün nəticələri ilə bağlı fikir mübadiləsi aparılıblar.

İclasda texniki partlayışların təsirinin daha dəqiq müəyyən edilməsi və qiymətləndirilməsi üçün müvafiq qurumların iştirakı ilə ərazidə monitorinq işlərinin həyata keçirilməsi qərara alınıb.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR