Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

Xoreoqrafiya Akademiyasında 20 Yanvar hadisəsinə həsr olunmuş tədbir keçirilib

Xoreoqrafiya Akademiyasında 20 Yanvar hadisəsinə həsr olunmuş tədbir keçirilib

Tarix: 19-01-2024, 18:47

Bakı Xoreoqrafiya Akademiyasında (BXA) 20 Yanvar hadisəsinin 34-cü ildönümünə həsr olunan anım tədbiri keçirilib.

Anım tədbirində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə BXA-nın idarə heyəti,  müəllim və şagirdləri  iştirak ediblər.

Anım tədbirində tam orta təhsil pilləsinin şagirdlərinin ifasında 1990-cı il 20 Yanvar şəhidlərinin əziz xatirəsinə həsr olunan ədəbi-bədii kompozisiya nümayiş etdirilib, həmin gün baş verənlərlə bağlı video rolik nümayiş olunub.

20 Yanvara həsr olunmuş “İlahi” adlandırılan rəqs kompozisiyasında  Azərbaycan xalqına qarşı törədilmiş cinayət, ümumən  insanlığa qarşı həyata keçirilən terror aktı, 131 nəfərin amansızlıqla qətlə yetirlməsi, faciədən əziyyət çəkən insanların taleləri əks olunub.

Rəqs kompozisiyasının quruluşçu xoreoqrafı BXA-nın tam orta təhsil pilləsinin xüsusi fənlər üzrə direktor müavini, müəllim- xoreoqraf Kamilə Əliyevadır.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR