Son Xəbər: Leyla Əliyeva COP29 çərçivəsində bəbirlərin mühafizəsinə həsr olunmuş tədbirdə çıxış edib, Parisin Bakıya “cırtdanlar”la hücumu - "saman çöpündən yapışan" Makron - ŞƏRH, Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilir, Milli Məclisin 25, 26 və 27 noyabr tarixli iclaslarının gündəliyi açıqlanıb, Muxtar Babayev: "İnnovativ strategiyalar maliyyə və investisiyaları artırır", “Heç bir zaman işləməyənlərin pensiya sisteminə girməsinə icazə vermək olmaz”, Yenidən öz postlarına namizəd olacaqlar, COP29-un misirli qonağından UNİKAL METOD – Kosmosda elektrik enerjisi istehsal OLUNACAQ?, Rusiya Ukraynanı ilk dəfə bu raketlə vurdu, Generalın oğluna yeni vəzifə verildi,

İctimai Şuranın üzvü Büllur Məmmədova: “Ölən də, öldürən də gənclərdir. Qurban – gələcəyimizdir”

İctimai Şuranın üzvü Büllur Məmmədova: “Ölən də, öldürən də gənclərdir. Qurban – gələcəyimizdir”

Tarix: 23-01-2024, 06:16

“Gəncə şəhərindəki M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin XI sinif şagirdinin qətlə yetirilməsi bir ailənin, bir məktəbin yox, bütövlükdə, cəmiyyətimizin faciəsidir”. Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın üzvü, “Gənclərin Anti-Narkomaniya” ictimai birliyinin sədri Büllur Məmmədova deyib. “Əlbəttə, bir gəncin öldürülməsi hamımızı sarsıtdı. Cinayəti törətməkdə şübhəli bilinən şəxs tutulub. Hadisə təfərrüatı ilə istintaq ediləcək və hüquq-mühafizə orqanları lazımi tədbirləri görəcək. Lakin bunlar bir faciəyə lokal baxışdır. Daha geniş baxdıqda isə, görürük ki, cinayət hadisəsi məktəbin qarşısında törədilib. Artıq neçə saatdır ki, sosial şəbəkələrdə, saytlarda və digər KİV-lərdə “məktəb” və “qətl” sözləri yanaşı yazılır və deyilir. Əsl faciə budur və biz, bir cəmiyyət olaraq, təcili şəkildə bunun qarşısını almalıyıq. Əgər biz yalnız bu cinayətin təqsirkarının məsuliyyətə cəlb olunması ilə öz işimizi bitmiş sayacayıqsa, o zaman bir müddətdən sonra belə cinayətlərin sayının artacağına hazır olmalıyıq. Bu zaman bir ailə, bir məktəb yox, ümumiyyətlə, cəmiyyətimiz baş verənlərə görə məsuliyyət daşıyacaq”, – deyə İctimai Şuranın üzvü bildirib.

Onun sözlərinə görə, bugün baş vermiş bu dəhşətli hadisənin səbəblərini təhlil edənlərin əksəriyyəti problemin kökünü ya təhsil sistemində, ya da ailə tərbiyəsində axtarırlar. “Bunun səbəbi odur ki, böyük əksəriyyət yalnız ailə və məktəbin uşağın tərbiyəsinin formalaşdırılmasında əsas rol oynadığını qeyd edir. Bu zaman istənilən insanın mənəvi-əxlaqi dəyərlər sisteminin qurulmasında mütləq iştirak edən, müasir dövrdə isə bəzən hətta həlledici rol oynayan ictimai tərbiyənin əhəmiyyətini göstərməyi unuduruq. Şübhəsiz ki, övlada, şagirdə, cəmiyyətin üzvünə tərbiyə vermək böyük məsuliyyətdir. Ona görə burada bir tərəfi günahlandırmaq, əksinə, əsas günahı digər tərəfdə axtarmaq, sadəcə, məsuliyyəti öz üzərindən atmaq deməkdir”, – deyə Büllur Məmmədova qeyd edib.

İctimai Şuranın üzvü Büllur Məmmədova: “Ölən də, öldürən də gənclərdir. Qurban – gələcəyimizdir”

İctimai Şuranın üzvü fikrini belə davam etdirib: “Bıçaqlanma hadisəsindən cəmi bir neçə saat keçib, mən isə sosial şəbəkələrdə bu hadisə ilə bağlı şərhlərdə artıq “kütbeyin gənclik” kimi ifadələrə rast gəlirəm. Mən buna qəti etirazımı bildirirəm. Azərbaycan gəncliyi kütbeyin deyil. Azərbaycan gəncliyi torpaqlarımızı işğaldan azad etdi, dünyanın müxtəlif ölkələrində ali kürsülərdən Azərbaycanın haqq səsini ucaldır, nüfuzlu beynəlxalq intellektual yarışlarda, müsabiqələrdə ölkələrdə vətənimizi təmsil edir və s. Gəncliyimizi “kütbeyin” adlandıranlar, yaxalarını kənara çəkib başqalarını günahlandıranlar özləri kütbeyindirlər. Bu kütbeyinlik, gəncliyimizin problemlərinə savadsız, biganə yanaşma belə qətllərin baş verməsinə səbəb olur. Digər tərəfdən, onu da unutmaq olmaz ki, faciə yalnız Raul Rəhimovun öldürülməsi deyil, bu, həm də qatilin faciəsidir. Onu qətlə yetirən insan da gəncdir, o da həyata yeni başlayırdı və əgər düzgün tərbiyə alsa idi, bu hadisəni də törətməzdi”.

İctimai birliyin sədri hesab edir ki, Gəncə şəhərində XI sinif şagirdi Raul Rəhimovun məktəbin önündə öldürülməsi bütöv bir cəmiyyətin tərbiyə sahəsində üzləşdiyi ciddi böhranın tezliklə aradan qaldırılmasını labüd edir. “Bir misal çəkim. Bir neçə gün əvvəl belə bir xəbər oxudum ki, hansısa televiziya aparıcılarının, blogerlərin aylıq maaşları 50 min, 65 min və s. manat təşkil edir. Həmin aparıcıları və blogerləri hamı tanıyır, onların apardıqları verilişləri kəskin tənqid edənlər kimi izləyənlər də çoxdur. Sual olunur: bunlar nəyi təbliğ edəcəklər? Əlbəttə, yüksək reytinqin tələb etdiyi şouları, mənasız verilişləri. Həmin şoular isə, gördüyümüz kimi, hər şeyi təbliğ edir, milli-mənəvi dəyərlərdən başqa. O dəyərlər ki, mükəmməl tərbiyənin əsasını təşkil edir. Bu dəyərlərin olmamasından isə bizim övladlar, Azərbaycanın gələcəyi əziyyət çəkir, mən deyərdim ki, məhv olur. Biz öz gələcəyimizi kiminsə ayda 50 min, 65 min manat almasına qurban veririk. Bu, misallardan yalnız biridir”.

Büllur Məmmədova vurğuladı ki, gənclərimizə milli-mənəvi dəyərlərə əsaslanan tərbiyənin verilməsi bütün cəhətlərdən xalqımızın, vətənimizin, dövlətimizin xeyrinədir. Onun fikrincə, bununla bağlı müxtəlif dövlət orqanlarının, QHT-lərin, ziyalıların, mədəniyyət və incəsənət nümayəndələrinin iştirakı ilə silsilə şəkildə açıq dinləmələr təşkil olunmalı, tövsiyələr hazırlanmalı və aidiyyəti dövlət qurumlarına təqdim olunmalıdır. Həmin tövsiyələr əsasında isə milli-mənəvi dəyərlərimizin geniş şəkildə təbliğini mümkün edən qərarlar qəbul olunmalıdır.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR