Son Xəbər: Şəkidə avtomobil aşıb, ölən var, Leyla Əliyeva COP29 çərçivəsində bəbirlərin mühafizəsinə həsr olunmuş tədbirdə çıxış edib, Parisin Bakıya “cırtdanlar”la hücumu - "saman çöpündən yapışan" Makron - ŞƏRH, Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilir, Milli Məclisin 25, 26 və 27 noyabr tarixli iclaslarının gündəliyi açıqlanıb, Muxtar Babayev: "İnnovativ strategiyalar maliyyə və investisiyaları artırır", “Heç bir zaman işləməyənlərin pensiya sisteminə girməsinə icazə vermək olmaz”, Yenidən öz postlarına namizəd olacaqlar, COP29-un misirli qonağından UNİKAL METOD – Kosmosda elektrik enerjisi istehsal OLUNACAQ?, Rusiya Ukraynanı ilk dəfə bu raketlə vurdu,

Bu əzəmətli abidənin memarı-Mənim Prezidentim

Bu əzəmətli abidənin memarı-Mənim Prezidentim

Tarix: 6-02-2024, 09:30

Seçkilər ərəfəsidir... Cəmi, bir gün qalır Prezident Seçkilərinə... Zaman yaxınlaşdıqca, böyük rus şairi Vladimir Mayakovskinin “Mən Sovet vətəndaşıyam” şeiri tez-tez canlanır xəyalımda...

Düzdür... Mən Sovet vətəndaşı deyiləm daha... Sovet İttifaqının dəmir sərhədlərini didib-parçalamış, müstəqilliyinə qovuşmiş  bir xalqın övladıyam... Bütün hallarda, Mayakovskinin şeiri Sovet təhsil sisteminin izi kimi xatirələrimin alt qatından boylanır və çığıra-çığıra beynimdə sətir-sətir səslənir...  
“Mən qurd kimi gəmirərdim bürokratizmi.
Mandatlara qarşı yoxdur hörmətim.
Rədd olsun cəhənnəmə hər hansı kağız!
Dalınca qara daş! Lakin mən bunu...
Kupe və kayutların cəbhəsi boyu ədəbli çinovnik keçir.
Təqdim edirlər pasportu bir-bir çıxarıb verib bax, hamı.
Mən də təqdim edirəm...”
Mən Azərbaycan Respublikasının vətəndaşıyam... O respublikanın ki, müstəqilliyə gedən yolu, çox ağır, amma şərəfli məqamlardan keçib.
Nə yazıqlar olsun ki, türk-müsəlman olmağımız dünyanın gözündə ağır bir dərdə çevirilib... Amma Cənubi Qafqaz bölgəsində yerləşməyimiz həm də dünyanın bizə ehtiyac duymasından dolayı çoxlu meyarlar doğurur...
Desəm ki, gözləri götürmür bizi... Deməli, düz demişəm.  İndi çoxları son 2-3 yüz ilin tarixinə işıq tutub keçmişə söykənir...
Amma reallıqda indi keçmiş deyil.... Müasir, hər cür imkanlara məxsus qütbləşmiş bir dünya mövcuddur...
O qütbləşmiş dünya ki, beynəlxalq konvensiyalar, humanitar qanunlar, nə bilim, başqa-başqa dəyərlər adı altında dünyanı özünə qul etməyə çalışan siyasi güclər, kapitalist güc mərkəzləri əllərindən gələn qədər, türk, müsəlman qövmünü sıradan çıxarmağa, əzməyə çalışır.
Son 30 ilin ən böyük problemlərindən biri olan Qarabağ münaqişəsi və müharibəsi də bu qəbildən olan bir sıradançıxarma cəhdi idi...
Amma bunu bacarmadılar. Çünki Azərbaycan 30 il əvvəlki Azərbaycan deyildi.... İndi bu ölkə ən unikal dövlətçilik prinsipləri ilə idarə olunur, dünyayla ayaqlaşa bilir, söz sahibidir, hamıya sübut edib ki, sülhün tərəfdarıdır.
Bu ölkəyə rəhbərlik edən Ali Baş komandan, Prezident İlham Əliyev bütün dünyanın beynəlxalq təsisatlarının, siyasi institutlarının 30 il ərzində həll edə bilmədiyi Qarabağ məsələsini öz xalqına, rəhbərlik etdiyi Azərbaycan Silahlı Qüvvələrinə söykənərək 44 günə həll elədi...
Zəfər... Bu sözün Azərbaycan xalqına necə yaraşdığını, qələbənin bu xalqın haqqı olduğunu əyilməz, sınmaz iradə ilə qoydu ortaya.
İlham Əliyevin siyasi baxışlarının ən müfəssəl cəhətlərindən biri budur ki, o, indiyədək nəinki Azərbayacan, hətta Cənubi Qafqaz və region ölkələrinin də sülh və əmin-amanlıq işərisində yaşaya bilməsi üçün siyasi sima kimi çox ciddi risklərdən keçməli olub.
Danılmaz faktdır ki, indiyədək Azərbaycanın da təmsil olunduğu bir çox platforma var ki, onların icrasında dəqiq qərar vermək həm də qonşu ölkələrin ictimai-siyasi, sosial-iqtisadi həyatı üçün çox ciddi əhəmiyyətə malik olub.
Söz yox ki, son 20 ili əhatə edən yaxın keçmişə nəzər salsaq, görərik ki, təkcə cənub qonşumuz-İranla bağlı Azərbaycana nə qədər təzyiqlər göstərilib...
Buna baxmayaraq, rəsmi Bakı Tehranla münasibətlərini ən yüksək həddə saxlamağa çalışıb. Təəssüf ki, İranın paytaxtında  Azərbaycan səfirliyinə ötənliki silahlı basqın, Azərbaycanın yürütdüyü qonşuluq siyasətinə qalın kölgə sərdi.
Amma özünəməxsus siyasi liderlik keyfiyyətləri daşıyan Azərbaycan Prezidenti bu gərginlikdən sui-istifadə edib nəinki Azərbaycan-İran münasibətlərini alt-üst etməyə çalışanların, hətta regiondakı ölkələr arasındakı gərginliyi az qala, silahlı qarşıdurma həddinə çatdırmaq istəyənlərin istəyini, necə deyərlər, gözlərində qoydu...
44 günlük Vətən müharibəsində olduğu kimi, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində antiterror xarakterli lokal tədbirlər zamanı da mülki erməni sakinlərə qarşı çox həssas yanaşılması Azərbaycan Prezidentinin şəxsi keyfiyyətlərinin göstəricisi idi.
Yalnız onun idarə etdiyi bir ordu bu qədər dəqiqliklə döyüş tapşırığı yerinə yetirə və insan taleyinə maksimum həssaslıqla yanaşa bilərdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev son üç illik tariximizdə bütün davranışları, müsahibələri, açıqlamaları ilə bu xalqın bilmədiyi saysız-hesabsız qaranlıq məqamlarına aydınlıq gətirdi. Eləcə də dünyanın aparıcı ölkələrinin liderləri tərəfindən, hətta istəməsələr belə, rəğbətlə qarşılanması onu deməyə əsas verir ki, beynəlxalq aləm Azərbaycan Prezidentini sülhün dayağı, təminatçısı kimi qəbul edir. Çünki O, bu gün müxtəlif yerlərindəki münaqişə ocaqlarından günahsız insanların qanı tökülən dünyamızın düşünən beyinlərinə isbat elədi ki, lider lider olanda, əli silahsız insanlar hərbi əməliyyatlarda həyatını itirməyə bilir, əmlakı yandırılmır, övladı təhlükə qarşısında qalmır.
Məhz bu kimi saymaqla bitməyən çox amil var ki, bu gün bütün Azərbaycan vətəndaşları kimi də mənim də fərəhimin, qürurumun mayalanmasında müstəsna rol oynayır.
Ümumilli Liderimiz Heydər Əliyevin çox məşhur olan “Mən fəxr edirəm ki, azərbaycanlıyam” ifadəsinin necə böyük bir duyğudan süzülüb gəldiyini indi hiss edirəm...  
Deməli, özünün uzaqgörənliyi ilə həmişə hər kəsi təəccübləndirən Ulu Öndər bu günləri görürmüş və hər birimizin həmişə fəxrlə deyəcəyimiz bu müəqddəs fikri hamıdan əvvəl özü söyləyib.
Bəli... Doğrudan da, fəxr edirəm ki, mən Azərbaycan Respublikasının vətəndaşıyam və mənim Müzəffər Ali Baş Komandanım, ölkəmin rəhbəri İlham Əliyevdir... Tariximizin ən möhtəşəm səhifəsində ucalan və min illərin o tərəfindən də görünəcək əzəmətli Dəmir Yumruq  abidəsinin memarı İlham Əliyev... 

Ülviyyə Əsədova, “Dəmir Yumruq Alfa-A” cmiyyətinin sədri




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR